sedanews.az
sedanews.az

“Çelsi” və Bakı qalib gəldi – Millət vəkili yazdı

30-05-2019, 11:48 1 007 dəfə baxılıb

“Çelsi” və Bakı qalib gəldi – Millət vəkili yazdı



                ”Çelsi” azarkeşi olmasam da, bu oyunda onun qələbəsini istəyirdim.
Sedanews.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Bakıda keçirilən Avropa Liqasının finalında “Çelsi”nin qələbəsi haqda yazıb.
Millət vəkili "Arsenal" klubunun da heç zaman azarkeşi olmadığını vurğulayıb:
“Amma onların Bakıdakı oyun ərəfəsində erməni oyunçu ilə bağlı heç bir normalara sığmayan əməlləri, Azərbaycana qarşı haqsız hərəkətləri, özlərinin və tərəfdarlarının gəldiyi ölkənin qonaqpərvərliyinə hörmətsiz yanaşaraq ədəbsizlik etmələri hamımızı hiddətləndirmişdi. İndi oturub o erməni oyunçu, ermənilər və böhtançılarla birlikdə biabırçı məğlubiyyətlərinə birlikdə ağlayarlar.
Qələbəyə görə “Çelsi”ni təbrik edirik. Gözəl idman yarışı təşkilatçılığına görə də ölkəmizə təşəkkürlər! Azərbaycan bir daha ən yüksək səviyyəli tədbirləri belə ən yüksək səviyyədə təşkil edə bildiyini göstərməsi ilə bədxahlara şillə kimi cavab verdi. Allah düşmənlərə qarşı hər zaman ölkəmizə dəstək olsun!”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA