sedanews.az
sedanews.az

İranın Azərbaycandakı səfiri: "Gəmidə zəhərlənmədən ölənlərin ailələrinə kompensasiya veriləcək"

19-10-2018, 14:20 1 225 dəfə baxılıb

DÜNYA

İranın Azərbaycandakı səfiri: "Gəmidə zəhərlənmədən ölənlərin ailələrinə kompensasiya veriləcək"

#DÜNYADA#IRAN
Milli.Az xəbər verir ki, İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə İrana məxsus gəmidə baş verən zəhərlənmə hadisəsilə bağlı Trend-ə açıqlama verib.
Səfir bildirib ki, zəhərlənmə baş verən gəmi Qazaxıstandan Azərbaycana yük daşımaqla məşğul olub: "Gəmi heyəti Qazaxıstan sərhədində zəhərlənib. Özlərini dərhal Azərbaycan sahilinə çatdırıblar. Xoşbəxtlikdən Azərbaycanın Sahil Mühafizə Qüvvələri onların köməyinə çatır və onları xəstəxanaya gətirir.
Hadisə nəticəsində 3 İran vətəndaşı dünyasını dəyişib. Səfirlik və konsulluq nümayəndələri xəstələrə baş çəkib, vəziyyətləri normallaşıb. Hazırda faktla bağlı araşdırmalar aparılır. Səfirlik bununla yanaşı, həmin gəminin işlədiyi şirkətlərlə də hadisə barədə danışıqlar aparır. Hadisə nəticəsində dünyasını dəyişən şəxslərin ailələrinə kompensasiyalar veriləcək".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA