Fransa futbolçusu Türkiyədəki dini azadlığa heyran qaldığını açıqladı...-FOTOLAR
“Qadınlar sərbəst şəkildə hicab geyinirlər və əgər geyinmək istəmirlərsə...”
"İstanbul Başakşehir" klubunda oynayan Seneqal mənşəli Fransa futbolçusu, 34 yaşındakı Demba Ba Türkiyədəki həyat haqqında duyğularını açıqlayb.
Moderator.az xəbər verir ki, bu haqda "Daily Sabah” material təqdim edib.
Keçmişdə "Çelsi" və "Nyukasl" klublarında oynamış və İngiltərə Premyer Liqasında 2011-ci ilin ən yaxşı oyunçusu titulunu alan Dembanın sözlərinə görə, Türkiyədə dini azadlıq onu təsirləndirib.
"Mən müsəlmanam və müsəlman bir ölkədə çalışıram. Dini vəzifələrimi sərbəst yerinə yetirməkdən çox xoşbəxtəm. Türkiyə insanlara dini azadlıq verir. Mən istədiyim zaman məscidə gedib ibadət edə bilərəm. Türkiyədəki qadınlar sərbəst şəkildə hicab geyinirlər və əgər geyinmək istəmirlərsə, buna görə heç kəs onları cəzalandırmır. Dünyanın hər yerində belə bir azadlıq görə bilməzsiniz”- deyir Demba.
Demba yaşadığı və klublarda oynadığı digər ölkələrdə, xüsusilə də Avropa ölkələrində tamamilə fərqli bir mənzərə ilə rastlaşdığını dilə gətirib.
"
Başqa ölkələrdə, eləcə də Avropada bəzi menecerlər müsəlman oyunçulara Ramazan ayında oruc tutmağı yasaqlayırlar. Adamlar hicablı müsəlman qadınlara hücum edirlər. Türkiyədə bu cür heç bir hala rast gəlinmir "-Fransa futbolçusu belə deyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.