sedanews.az
sedanews.az

Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatına start verilib - FOTO

16-09-2019, 13:05 1 019 dəfə baxılıb

Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatına start verilib - FOTO

                           
            
Bu gün Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatına start verilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Tokio 2020" Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatın birinci günündə gimnastlar fərdi proqram üzrə halqa və topla təsnifat mərhələsində güclərini sınayırlar.
Azərbaycan milli komandasının heyətində ilk olaraq Zöhrə Ağamirova və Veronika Qudis xalça üzərinə çıxacaqlar. Hər iki gimnastımızın çıxış edəcəyi A qrupunda V.Qudis 17-ci, Z.Ağamirova isə 19-cu nömrə altında halqa ilə proqramlarını təqdim edəcəklər. Təmsilçilərimizin yer aldıqları qrupda 29 gimnast mübarizə aparacaq. Ümumilikdə fərdi proqramda çıxış edən gimnastlar dörd qrup üzrə yarışacaqlar.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azəraycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.
Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.
REKLAMmazda.az
Daha ətraflı 61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.
Dünya çempionatı 16 - 22 sentyabrda keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA