SEDANEWS.AZ

Dunya xeber agentliyi

    “Qarabağ”ın oyunundakı erməni təxribatı ilə bağlı YENİ TƏFƏRRÜATLAR

    Kategori: İDMAN Tarix: 14-12-2018, 14:53 Bildir?
               
                      

    “Qarabağ”ın oyunundakı erməni təxribatı ilə bağlı YENİ TƏFƏRRÜATLAR

                                                                    #QARABAĞ                            #AVROPA                            #FUTBOL                            #ERMƏNİ                           
                
    Avropa Liqasının "Arsenal" - "Qarabağ" matçının sonlarında meydana əlində Dağlıq Qarabağın separatçı rejiminin "bayrağı" ilə daxil olan erməni ilə bağlı bəzi məlumatlar yayılıb.
    Milli.Az qol.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə bu gəncin Şuşa ermənisi olduğu bildirilib.
    Həmin şəxsin əynindəki geyimin üzərində erməni terrorçusu Monte Melkomyanın şəkli olub. Britaniyanın "Mirror" nəşri onun niyyətinin həm də "Arsenal"ın erməni oyunçusu Henrix Mxitaryana tərəf qaçmaq olduğunu yazıb.
    Erməni gəncin bu təxribatına "Qarabağ"ın yerli futbolçuları dərhal sərt reaksiya veriblər. Bu zaman Ağdam klubunun yerli oyunçularından kapitan Rəşad Sadıqov və yarımmüdafiəçisi Qara Qarayev fəallıq göstəriblər. Daha sonra stüardlar ermənini meydandan kənarlaşdıra biliblər.
    Bu zaman tribunalara toplaşan "Qarabağ" azarkeşləri "Azərbaycan, Azərbaycan" şüarı səsləndiriblər.
    "Bu təxribatçını görən kimi dərhal ona tərəf qaçdım ki, əlindəki əskini alım. Amma stüardlar məni saxladı. Ona yaxınlaşmağıma imkan vermədilər. Bu, təxribatdır. Onun qarşısını almağa borclu idik" - deyə Rəşad Sadıqov hadisə ilə bağlı bildirib. 
    "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə klubun saytı vasitəsi ilə insidentə münasibətini açıqlayarkən bunları deyib: "Bu haqda çox danışmaq istəmirəm, sadəcə, qorxaqlar belə hərəkət edirlər. Bu hərəkəti edən adam qorxub sonra qaçmamalıydı, yalnız qorxaqlar bir addım atıb, sonra isə qaçırlar".
    Şotlandiya parlamentinin əməkdaşı, matçın azərbaycanllı diktoru Fuad Ələkbərov hadisə ilə bağlı özünün sosial şəbəkədəki səhifəsində yazıb: "London  polisinin zabiti mənə dedi ki, günahkar stadiona buraxılmaqdan ömürlük məhrum olunacaq. Bundan başqa, milli zəmində nifrət yaratmağa cəhdə görə ona qarşı cinayət işi açıla bilər".
    Qeyd edək ki, bu təxribata cəhdin Avropadakı erməni diasporunun dəstəyi ilə təşkil olunduğu istisna edilmir. 

    Prezident İlham Əliyev: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Səudiyyə Ərəbistanının ədalətli və qardaşlıq hisslərinə əsaslanan mövqeyi Azərbaycanda çox böyük minnətdarlıq hissi ilə qarşılanır"

    Prezident İlham Əliyev: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Səudiyyə Ərəbistanının ədalətli və qardaşlıq hisslərinə əsaslanan mövqeyi Azərbaycanda çox böyük minnətdarlıq hissi ilə qarşılanır" - FOTO...

    AFFA Orxan Məmmədovla bağlı araşdırmalara başladı - "Sumqayıt" - "Qəbələ" oyununa görə

    AFFA Orxan Məmmədovla bağlı araşdırmalara başladı - "Sumqayıt" - "Qəbələ" oyununa görə...

    Ermənilərin Frankofoniya fiaskosu - Makron Paşinyanı necə pərt elədi...

    Ermənilərin Frankofoniya fiaskosu - Makron   Paşinyanı necə pərt elədi......

    Politoloq: "Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə ciddi inkişaf və irəliləyişə nail olunub" #SİYASƏT

    Politoloq: "Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə ciddi inkişaf və irəliləyişə nail olunub"...

    Yorum ekle
    Lütfen düşüncelerinizi özgünce ifade etmeye çalışın

    Kodu girin:
    Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız


Sitemizi değerlendirin

image
image
image
image
Web Designer

Saytin butun huquqlari qorunur. Aslan Kazimov 2018
Taglar


«    Ocak 2019    »
PtSaÇaPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Aslan Kazimov aslan.m58@hotmail.com,Facebook Hesabim-Facebook - Instagram - ASLAXNN