sedanews.az
sedanews.az

İslahatlar energetika sektoruna çatdı: dəyişiklik başlayır

31-05-2019, 11:17 28 dəfə baxılıb

İslahatlar energetika sektoruna çatdı: dəyişiklik başlayır



                Prezident İlham Əliyevin Azərbaycan iqtisadiyyatının aparıcı sahəsi olan energetika sektorunda islahatların sürətləndirilməsi haqqında sərəncamı olduqca əhəmiyyətlidir və zərurətdən yaranıb.
Bu sözləri Sedanew.az-a açıqlamasında Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib. O, sözügedən sərəncamın başladılan iqtisadi islahatların davamı olduğunu söyləyib:
“Ölkəmizdə çox ciddi iqtisadi, siyasi, humanitar islahatlara start verilib. Bununla əlaqədar olaraq qərarlar, fərmanlar, sərəncamlar qəbul edilir. Xüsusilə də 2019-cu il yanvarın 1-dən etibarən sosial layihələr həyata keçirilir. Energetika Azərbaycan iqtisadiyyatının aparıcı sektoru olduğu üçün bu sahədə də müəyyən islahatlara ehtiyac var. Fikir verdinizsə, sərəncamda İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, Energetika Nazirliyinə və digər hökumət qurumlarına göstərişlər verilib ki, 12 ay ərzində müəyyən təkliflər planı hazırlansın”.
Millət vəkili sözügedən sərəncamda bərpa olunan enerji mənbələrindən istifadənin təşviq edilməsi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı bəndin əhəmiyyətinə də diqqət çəkib:
“Bərpa olunan enerji ilə əlaqədar Energetika Nazirliyinin tərkibində agentlik də yaradılıb. Günəş, su, hava və s. enerji formalarından istifadə etmək üçün bizdə müəyyən qədər işlər görülsə də, kifayət qədər deyil. Bizdə alternativ enerjidən istifadənin təbliğatı aşağı səviyyədədir. Bu sahədə istifadə edilən müəyyən avadanlıqların Azərbaycanda olmaması və ya kifayət qədər baha olması bu sahəyə olan marağı azaldır.
Hesab edirəm ki, gələcəkdə həm ekoloji cəhətdən təmiz enerjinin əldə olunması və digər məsələlərin həll edilməsi üçün bərpa olunan enerji mənbələrindən istifadə etmək lazımdır”.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında sərəncam imzalayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA