sedanews.az
sedanews.az

Lənkəranda ilk dəfə təbii qara çay istehsal edildi

3-07-2019, 12:36 983 dəfə baxılıb

Lənkəranda ilk dəfə təbii qara çay istehsal edildi 




 Çayçılıq ənənələrinin inkişaf etdirilməsi, çaya olan daxili tələbatın ödənilməsi, idxaldan asılılığın azaldılması hazırda ölkəmizdə prioritet hesab edilən sahələrdəndir. Sözügedən istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsinə və ümumilikdə sahənin inkişafına təkan verilməsi məqsədilə çayçılıq sahəsi üzrə ixtisaslı kadr təminatının hazırlığına xüsusi önəm verilir.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən Azərtac-a bildirilib ki, bu məqsədlə 2018-2019-cu tədris ilindən etibarən Lənkəran Peşə Liseyində “Çay və sitrus ustası”, “Fermer” ixtisas qrupları fəaliyyətə başlayıb. Liseyin müəllim və tələbələri qara çay istehsalının bütün mərhələlərində iştirak edərək təcrübə qazanıblar. Onlar çayçılığın inkişafında böyük əhəmiyyəti olan çay şitilləri yetişdirib və ilk dəfə təbii qara çay istehsal ediblər. Yüksək keyfiyyətə malik və tam orqanik olan çay məhsulunun təqdimatı da keçirilib.
Xatırladaq ki, çayçılıq sahəsində təcrübəli kadr hazırlamaq üçün Lənkəran Peşə Liseyi ilə Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran çay filialı arasında əməkdaşlıq memorandumu imzalanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA