SEDANEWS.AZ

Dunya xeber agentliyi

    Azərbaycanda insanlar pensiyaya çıxdıqlarını SMS-lə öyrənəcəklər

    Kategori: İQTİSADİYYAT Tarix: 16-11-2018, 12:01 Bildir?
    Azərbaycanda insanlar pensiyaya çıxdıqlarını SMS-lə öyrənəcəklər                 CƏMİYYƏT 12:37 / 16.11.2018        "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əmək pensiyalarının elektronlaşması, əmək pensiyasının hesablanmasının avtomatlaşdırılması bağlı göstəriş verilib. Həmin tapşırığa uyğun olaraq nazirlik tərəfindən təkliflər hazırlanıb”.
    Unikal.org-un xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "Əmək pensiyalar haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.
    "Bildiyiniz kimi, ölkədə 2006-cı il yanvarın 1-dən sonra fərdi uçot sistemi tətbiq olunub. Həmin dövrdən indiyədək bütün sığorta haqqı ödəyənlərin uçotu Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. Lakin 2006-cı il tarixinə qədər elektron uçot sistemi olmayıb. Vətəndaş pensiya təyinatı ilə bağlı müraciət edərkən pensiya stajlarının təsdiq edilməsi üçün bir sıra sənədlərlə müraciət etməli olurdular və onlar əmək kitabçaları ilə bağlı məlumatı arxivdən çıxararaq gətirirdilər. Bu da uzun müddət çəkirdi, bir çox hallarda əsaslı və əsassız mübahisələrə səbəb olurdu, eyni zamanda sui-istifadə halları da baş verirdi. Təklifimizin mahiyyəti ondan ibarətdir ki, 2006-cı ilin 1 yanvar tarixindən əvvəlki dövrə aid olan 25 il sığorta stajını avtomatik olaraq hamı üçün hesablamaq istəyirik. 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2019-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Bunun nəticəsində biz pensiyaları tam avtomatlaşdırılmış şəkildə təyin etmək imkanına malik olacağıq. Yəni şəxsin pensiya yaşı tamam olduqda onun telefonuna SMS vasitəsilə məlumat göndəriləcək ki, siz pensiya yaşına çatmısınız, müəyyən edilən məbləğ, pensiya kartının hansı ünvandan götürülməsi ilə bağlı məlumat veriləcək. Bununla da pensiyaların tam avtomatlaşdırılmasına nail olmalıyıq. Burada dövlət qulluqçuları və güzəştli şərtlərlə pensiyaya çıxanlarla bağlı istisna var. Çünki onların hesablamaları bir qədər fərqlidir, tam avtomatlaşdırılma mümkün deyil”, - o bildirib.

    BMT: "Azərbaycanda valideynlərin oğul övladına sahib olmaq istəyi çox xoşagəlməz nəticələrə gətirib çıxara bilər"

    SƏTBMT: "Azərbaycanda valideynlərin oğul övladına sahib olmaq istəyi çox xoşagəlməz nəticələrə gətirib çıxara bilər" #SİYASƏT Azərbaycanda valideynlərin mütləq şəkildə oğul övladına sahib olmaq istəyi gələcəkdə əhalinin ümumi...

    Deputatın şirkətində narazılıq var...

    Deputatın şirkətində narazılıq var...   ...

    Astarada əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 3 milyon manat ayrılıb

    Astarada əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 3 milyon manat ayrılıb Prezident İlham Əliyev Astara şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb....

    Pensiyalar artıb

    Pensiyalar artıb Azərbaycanda pensiyaların orta aylıq məbləğində 8,4 faiz artım qeydə alınıb. Milli.Az xəbər verir ki, 2018-ci ilin 1 oktyabr tarixinə ölkəmizdə pensiyaların orta aylıq məbləği 221,1 manata çatıb. Əmək və Əhalinin...

    Yorum ekle
    Lütfen düşüncelerinizi özgünce ifade etmeye çalışın

    Kodu girin:
    Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız


Sitemizi değerlendirin

image
image
image
image
Web Designer

Saytin butun huquqlari qorunur. Aslan Kazimov 2018
Taglar


«    Aralık 2018    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Aslan Kazimov aslan.m58@hotmail.com,Facebook Hesabim-Facebook - Instagram - ASLAXNN