sedanews.az
sedanews.az

Azərbaycanda internetin qiyməti ucuzlaşacaq

31-05-2019, 11:32 902 dəfə baxılıb

Azərbaycanda internetin qiyməti ucuzlaşacaq



                Azərbaycanda internetin qiyməti daha da ucuzlaşacaq.
Azərtac xəbər verir ki, bu barədə "Ernst&Young” audit şirkətinin nümayəndəsi Arturas Pliponis deyib.
Onun sözlərinə görə, bu, "Eu4Digital" layihəsinin icrası ilə mümkün olacaq:
"Biz xüsusən də kənd yerlərində yüksəksürətli internetin əlçatanlığını təmin etməyi düşünürük. Bunun üçün isə rəqəmsal transformasiya önəmlidir. Bu transformasiya təkcə Azərbaycanda deyil, bütün region üçün əhəmiyyətlidir və biz bunun üçün çalışırıq".
O əlavə edib ki, “Eu4Digital” layihəsinə Dövlət Gömrük Komitəsi, Səhiyyə və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri daxil olmaqla demək olar ki, bütün dövlət qurumları qoşulacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA