sedanews.az
sedanews.az

Ağcaqanad dəhşətinə son: çarə tapıldı

3-06-2019, 13:49 1 067 dəfə baxılıb

Ağcaqanad dəhşətinə son: çarə tapıldı



                Amerikanın Merilend Universitetinin alimləri malyariya ağcaqanadlarının populyasiyasını 99 faiz məhv edən vasitə tapıb.
Sputnik.az xəbər verir ki, onlar Avstraliya hörümçəyinin zəhərindən istifadə edərək, genetik cəhətdən dəyişdirilmiş bir göbələk yaradıblar.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına görə, malyariya hər il yüz milyonlarla insana təsir edir.
Hazırlanmış göbələk 45 gün müddətində malyariya ağcaqanadlarının populyasiyasını məhv edib.
Xəstəliyin daşıyıcısı olan 1000 erkək və 500 dişi ağcaqanaddan 13 erkək ağcaqanad sağ qalıb.
Qeyd edilir ki, yaradılmış göbələk ancaq malyariya ağcaqanadlarını məhv edir, arılara heç bir zərər vurmur.
Daha əvvəl ÜST Argentina və Əlcəzairin malyariyaya qalib gəldiyinu açıqlamışdı. Xatırladaq ki, artıq dünyanın 38 ölkəsi bu xəstəlikdən azad olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA