sedanews.az
sedanews.az

Möhtəşəm görüntü: Ağacın başında otel tikildi – Qiymət

5-07-2019, 13:53 929 dəfə baxılıb

Möhtəşəm görüntü: Ağacın başında otel tikildi – Qiymət



                Danimarkada ağacların başında yeni otel yaradılır.
Azərtac xəbər verir ki, “Lovtag” adlandırılmış otel Yutlandiya adasındadır.
Hazırda yalnız bir nömrənin tikintisi başa çatıb, digərlərinin tikintisi isə davam edir.
Buna baxmayaraq, təqribən 70 bron qeydə alınıb: səhər yeməyinin də daxil olduğu iki nəfərlik gecələmənin qiyməti 2750 Danimarka kronudur (360 avrodan çox).
Yeni otelin sahibi Rasmus Libek səkkiz il əvvəl atası ailəyə məxsus kiçik meşədən əldə olunmuş oduncaq məhsulunun daha qazanc gətirmədiyindən şikayətlənəndə tikintiyə başlamaq qərarına gəlib. O vaxt atası oğluna belə bir istəklə müraciət edib: ağacların başında otel inşa etmək və turistlərə icarəyə vermək olmazmı? Libek deyib: “Nədənsə mən bu ideyadan imtina edə bilmədim. Elə o vaxtdan onun üzərində çalışıram”.
Libekin sözlərinə görə, ağacın təpəsində koma ona 1,5 milyon Danimarka kronuna (200 min avrodan çox) başa gəlib. Otaq dizayner mebeli, su kəməri, elektrik enerjisi, tualet və vanna otağı ilə təchiz edilib.
Otelin tikintisi və dizaynının yaradılması zamanı Libekə otel nömrələrini layihələndirən berlinli arxitektor və layihənin icrasına 400 min Danimarka kronu ayırmış (53 min avrodan çox) Avropa İttifaqı kömək edib.
Libek deyib: “Bu meşədə çox ev tikmək olar. Prinsipcə, əgər başqaları buna bənzər nəsə etmək istəsələr, bu cür evləri başqa yerlərdə də inşa etmək mümkündür”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA