sedanews.az
sedanews.az

AFFA Orxan Məmmədovla bağlı araşdırmalara başladı - "Sumqayıt" - "Qəbələ" oyununa görə

30-10-2018, 15:08 1 376 dəfə baxılıb

AFFA Orxan Məmmədovla bağlı araşdırmalara başladı - "Sumqayıt" - "Qəbələ" oyununa görə


Topaz Premyer Liqasının 9-cu turundakeçirilmiş "Sumqayıt" - "Qəbələ" oyununun baş hakimi Orxan Məmmədovun idarəçiliyi və oyundan sonra müxtəlif mənbələrdə səsləndirilən ayrı-ayrı fikirlərlə bağlı AFFA-nın Hakimlər Departamentinin (UEFA-nın Hakimlər Konvensiyasına əsasən, Hakimlər və Hakim-İnspektorlar Komitəsi birləşdirildiyi təqdirdə ümumi komitə Hakimlər Departamenti adlandırılır) sədri Fritz Stuchlik açıqlama verib.
 
Milli.Az xəbər verir ki, AFFA-nın saytına açıqlamasında o, bununla bağlı deyib:
"Təbii ki, hər turun oyunları diqqət mərkəzində saxlanılır, oyunlardan sonra müvafiq təhlillər aparılır. Son günlərin müzakirə mövzusuna çevrilmiş "Sumqayıt" - "Qəbələ" oyununda hakim idarəçiliyi də bu baxımdan istisna deyil. Həmçinin oyundan sonra səsləndirilən bəzi fikirlərlə tanışıq. Hakimlər Komitəsi bir müddət əvvəl bütün hakimlərə, hakim-inspektor və AFFA nümayəndələrinə yazılı şəkildə bildirib ki, oyun dövrü istisna olunmaqla, klub nümayəndələri ilə hər hansı şəkildə ünsiyyət qurulmamalıdır. Əgər zərurət yaranarsa, Hakimlər Komitəsi tərəfindən mərkəzləşdirilmiş qaydada elektron poçt vasitəsilə əlaqə saxlanılmalı, klub rəsmiləri ilə telefon danışığı da olmamalıdır. Müzakirə mövzusu olan məsələ ilə bağlı Hakimlər Komitəsinə bu günə qədər klub tərəfindən rəsmi müraciət daxil olmasa da, komitə bu məsələnin araşdırılmasına başlayıb".
Fritz Stuchlik araşdırma başa çatana qədər "Sumqayıt" - "Qəbələ" oyununun baş hakimi Orxan Məmmədov təyinat almayacağını bildirib: "Bir daha qeyd edirəm ki, hakimlər, hakim-inspektorlar və AFFA nümayəndələri təkcə təyinat aldıqları oyunlarda deyil, digər vaxtlarda da peşələrinin tələb etdiyi məsələlərə həssas yanaşmalı, açıqlamalarında, səsləndirdikləri fikirlərdə diqqətli olmalıdırlar".

Xatırladaq ki, "Qəbələ" klubunun meneceri Səbuhi Səfiyarlı Qol.az saytına dünən verdiyi müsahibədə bildirib ki, bir müddət əvvəl Orxan Məmmədov onlara hədələyici tonda mesajlar yazıb, ötən həftə "Sumqayıt"la oyunda isə qərəzli hakimlik edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA