sedanews.az
sedanews.az

Marsda həyat əlamətlərinin yoxa çıxma səbəbi - Sirli məqamlar

8-07-2019, 12:11 817 dəfə baxılıb

Marsda həyat əlamətlərinin yoxa çıxma səbəbi - Sirli məqamlar





 

Danimarkanın Orhus Universitetinin alimləri Mars atmosferində həyatın mövcudluğunun əlamətlərindən biri olan metanın sirli şəkildə yoxa çıxması barədə açıqlama veriblər.
Bu barədə “Sayns Alort” xəbər verir.
Qırmızı planetdə metan konsentrasiyalarında dəyişikliklər mövsümi xarakter daşıyır.
Tədqiqatçılar, həmçinin Marsın səthində bir sıra sahələr aşkar ediblər ki, bunlardan da karbohidrogen qazı mütəmadi olaraq sərbəst buraxılır. Bununla belə, atmosferdən metan çıxarılması prosesi sirli olaraq qalır.
Alimlər Mars mayelərinin oksidləşdiyi və metanın metil, karbon kimi birləşmələrə ionlaşdıqları barədə məlumat verdilər. İonlaşdırılmış qaz mineral qayaların səthində atomlara (məsələn, silikon) bağlıdır. Bu proses fotokimyəvi reaksiyalardan daha sürətlə davam edir və Marsda metan sahələrinin nə üçün ani olaraq yoxa çıxmasını izah edir.

Eyni kimyəvi proseslər zəhərli birləşmələrin (peroksidlər və superoksidlər) meydana gəlməsinə səbəb ola bilər ki, bu da səthdə və ya yaxınlığında canlı orqanizmlərin mövcud olmasını qeyri-mümkün edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA