sedanews.az
sedanews.az

6 yaşlı müsəlman uşaq daha iki dünya rekordu qırdı

17-07-2019, 16:43 1 120 dəfə baxılıb

6 yaşlı müsəlman uşaq daha iki dünya rekordu qırdı 



 

Çeçenistanlı altı yaşındakı Rahim Kuriyev  növbəti dəfə iki dünya rekordu qırıb.  O, 4,618 dəfə "jim"(əllər və ayaqların ucu yerdə olmaqla döşəmədən enib-qalxmaq) vurub. 
Moderator.az xarici İslam saytlarına istinadla xəbər verir ki,  rekordların qeydə alınması  Rusiyanın Rekordlar Kitabının baş redaktoru Stanislav Konenkonun iştirakı ilə Groznı dövlət telekanalının studiyasında keçirilib. 
Çeçenistanın Duba-Yurt kəndindən olan altı yaşlı Rahim Kuriyev 2018-ci ilin payızında 2 saat 25 dəqiqə ərzində ara vermədən 4105 dəfə jim edərək dünya rekordunu qırmışdı. Lakin müsəlman uşağın uğuru "əhəmiyyətsiz qeydlər" səbəbiylə Rusiyanın Rekordlar Kitabı tərəfindən  qəbul edilməmişdi. Sonra oğlan komissiya üçün rekordunu təkrarlayaraq 2 saat 30 dəqiqədə  bir gedişdə döşəmədən  3202 dəfə enib-qalxmışdı.
"Bu gün Rəhim Kuriyev daha iki dünya rekordunu qırdı. Birincisi,  iki saatda 4183 dəfə jim vurmaqla dünyada 6 yaşlı oğlanlar arasında ən yüksək  nəticə göstərdi. Və ikinci rekord: 6 yalı oğlanlar arasında bircə gedişə 4618 dəfə jim vurdu”-Konenko belə deyib.
Rusiyanın Rekordlar Kitabının redaktoru son bir ildə Rusiyanın digər bölgələrinə nisbətən ən çox dünya rekordlarının Çeçenistanda qeydə alındığını bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA