sedanews.az
sedanews.az

Avqustun 25-də Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək

29-07-2019, 16:28 850 dəfə baxılıb

Avqustun 25-də Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək

                                                                                     
            
Avqustun 25-də Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla əlaqədar 1980-ci ilədək istehsal olunan avtomobillərin sahibləri 20 avqust saat 18:00-dək AAF-da qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat üçün Azərbaycan Avtomobil Federasiyası ilə (012) 505 60 03 və ya (050) 295 01 00 telefon nömrələri, eləcə də office@faa.az elektron poçt ünvanı ilə əlaqə saxlamaq xahiş olunur.
Qeydiyyatdan keçən avtomobil və sahibləri avqustun 25-də saat 15:30-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdırlar. Yürüş paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA