sedanews.az
sedanews.az

Ən məşhur brilyantlardan biri satılır - Qiymət

15-08-2019, 14:57 816 dəfə baxılıb

Ən məşhur brilyantlardan biri satılır - Qiymət

                Dünyada ən məşhur brilyantlardan biri – 14,83 karatlıq “Qızılgül ətri” brilyantı “Alrosa” almazçıxarma şirkəti tərəfindən bu ilin noyabrında satışa çıxarılacaq. 
Azərtac xəbər verir ki, bu barədə “Blumberq” agentliyinə şirkətin nümayəndəsi məlumat verib.
Bor və azot elementlərinin qarışığından yaranan rəngli brilyantlar dünya almaz bazarında ən bahalı hesab olunur. Məhz çəhrayı və qırmızı rəngli brilyantlar daha çox alıcı cəlb edir. “Fancy Color Research” fondunun idarə heyətinin sədri, ekspert İden Raçminovun sözlərinə görə, “Qızılgül ətri” brilyantı tarixdə ən bahalı çəhrayı daş ola bilər. Onun sözlərinə görə, qiymətli daşın dəyəri 60-65 milyon dollar arasındadır.
“Alrosa” şirkətindən brilyantın hansı qiymətə satışa çıxarılacağına bildirməsələr də, qeyd ediblər ki, “Qızılgül ətri” Rusiyada cilalanmış ən bahalı daş olacaq. Hərracın keçirilməsi üzrə təşkilati məsələlər isə gələn ay həll olunacaq.
Bildirilir ki, ən bahalı və 59,6 karat çəkisi olan qiymətli daş 2017-ci ildə Sotbi hərracında 71 milyon dollara satılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA