sedanews.az
sedanews.az

MARAQLI FAKT: Azərbaycanda əhalinin əksəriyyəti bu qan qrupuna aiddir

2-09-2019, 15:05 734 dəfə baxılıb

                       
   

MARAQLI FAKT: Azərbaycanda əhalinin əksəriyyəti bu qan qrupuna aiddir

        
Bütün dünyada olduğu kimi, Azərbaycanda da insanların çoxunun qanı 1 və 2-ci qruplardır.
Milli.Az xəbər verir ki,  Səhiyyə Nazirliyi B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
Onun sözlərinə görə, dünyada mənfi qan rezusuna malik olan insanların sayı daha az olur. İnsanların 85 faizi müsbət qan rezusuna malik olduğu halda, 15 faizinin qanı mənfi rezus olur: "3 və 4-cü qan qrupu olan insanların sayı azdır. Ona görə mənfi 3, mənfi 4 qan qrupları olan insanların sayı da az olur. 1 və 2-ci qan qrupuna malik olan insanların sayı daha çoxdur. Buna görə donorlar arasında 1 və 2-ci qrup insanların sayı daha çoxdur".
Z.Əlimirzəyeva əlavə edib ki, mənfi və müsbət rezus qan qrupları keyfiyətinə görə fərqlənmirlər. Qanın mənfi və müsbət olması insanların sağlamlığında rol oynamır: "Sadəcə olaraq, bu, yalnız qan qanköçürmə zamanı əhəmiyyətlidir. Mənfi qan qrupunu müsbət qana köçürmək olar. Amma müsbət rezusu mənfi rezuslu qana vurmaq olmaz".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA