sedanews.az
sedanews.az

Azərbaycanlı Rusiyanın ən zəngin 3-cü şəxsi oldu

12-09-2019, 11:44 10 dəfə baxılıb

Azərbaycanlı Rusiyanın ən zəngin 3-cü şəxsi oldu



 

Rusiyanın ən zəngin şəxslərinin yenilənmiş reytinqi açıqlanıb.

Bu barədə “Forbes” yazıb.

Reytinqə əsasən ilk pillədə əvvəlki kimi milyarder Leonid Mixelson qərarlaşıb. Onun sərvəti 26.2 milyard dollar olub.

Siyahının ikinci pilləsində Gennadi Timçenkonun adı qeyd edilib. Mixelsonun ortağı olan bu şəxsin sərvəti 22.1 milyard dollardır. Timçenkonun sərvəti bir gün ərzində 268 milyon dollar artıb.

Siyahının üçüncü pilləsində isə Azərbaycan əsilli rusiyalı milyarder, “Lukoyl” şirkətinin sahibi Vahid Ələkbərov yer alıb. Onun sərvəti 21.2 milyard dollar göstərilib.

Ən varlıların reytinqində dördüncü pilləni Vladimir Lisin (21.2 milyard dollar), beşinci pilləni isə Aleksey Mordaşov (20.4 milyard dollar) tutub.(axar.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA