sedanews.az
sedanews.az

Sankt-Peterburqda Puşkinin mənzili satışa çıxarıldı – 1,5 milyon manata

31-10-2019, 11:50 832 dəfə baxılıb

Sankt-Peterburqda Puşkinin mənzili satışa çıxarıldı – 1,5 milyon manata 



 

Rusiyanın Sankt-Peterburq şəhərində məşhur rus şair və yazıçısı Aleksandr Puşkinin yaşadığı mənzil satışa çıxarılıb.

Mənzilin satışı üçün yaradılan saytda satış qiymətinin 55 milyon rubldan (1,5 milyon manat) başlanacağı bildirilir.

Üç otaqlı mənzil Kutuzov bulvarı 32 ünvanında yerləşən binanın ikinci mərtəbəsindədir. Onun ümumi sahəsi 100 kv.m-ə yaxındır. Otaqların hündürlüyü 4,5 metrə qədərdir. Mənzildə iki sanitar qovşağı var. Pəncərələrdən şəhərin tarixi hissəsinə mənzərə açılır.

Yazıçı burada 1834-1836-cı illərdə yaşayıb. Puşkin bu mənzildə məşhur “Kapitan qızı” əsərini yazıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA