sedanews.az
sedanews.az

Böyük şairimizlə bağlı möhtəşəm konsert

16-12-2019, 15:21 1 048 dəfə baxılıb

Böyük şairimizlə bağlı möhtəşəm konsert 


                Dekabrın 21-i saat 19.00-da Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində bəstəkar və müğənni Sevinc Ağasiyevanın “Nəsimi ili”nə həsr edilən “Həqq məndədir” adlı solo konserti olacaq.
Kult.az xəbər verir ki, əməkdar artist, tarzən Şəhriyar İmanov, bədii qiraət ustası Xəzər Süleymanlının da iştirak edəcəyi konsertdə Tofiq Quliyev, Süleyman Ələsgərov və Sevinc Ağasıyevanın İmadəddin Nəsiminin qəzəllərinə bəstələnən mahnıları səslənəcək və qəzəlləri oxunacaq.
Tədbirdə musiqisi tanınmış kamança ifaçısı Mark Eliyahu, sözləri Nəsimiyə aid olan və Sevinc Ağasıyeva tərəfindən ifa ediləcək “Etməgil” mahnısının klipi də təqdim olunacaq.
Giriş sərbəstdir.
Qeyd edək ki, konsert Azərbaycanın “Mədəniyyət” televiziya kanalı tərəfindən lentə alınacaq və tamaşaçıların ixtiyarına veriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA