sedanews.az
sedanews.az

“Avroviziya”da yeni qayda: iştirakçılar hamısı qan verəcək

2-05-2019, 23:00 1 037 dəfə baxılıb


“Avroviziya”da yeni qayda: iştirakçılar hamısı qan verəcək

Bundan sonra “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin iştirakçıları yarışmadan əvvəl qan verməli olacaqlar.
Bu haqda Rusiyanı müsabiqədə təmsil edəcək müğənni Sergey Lazarev Birinci kanalda yayımlanan “Veçernıy urqant” proqramına verdiyi müsahibədə bildirib.
“Bu ilin baş sponsoru iştirakçının damarlarından neçə millətin qanının axdığını müəyyənləşdirəcək konturdur”, - deyə müğənnni bildirib.
Onun sözlərinə görə, araşdırmanın nəticələri sonradan ictimailəşdiriləcək, belə ki, müsabiqə iştirakçıları müvafiq sənədləri imzalayaraq buna razılıq verib.
Lazarevin fikrinə görə, yeni qaydanın məqsədi bütün iştirakçıların eyni kökdən gəldiyini göstərməkdir.
Qeyd edək ki,mayın 14-də start götürən “Avroviziya-2019” müsabiqəsində  Azərbaycanı Çingiz Mustafayev “Truth” (Həqiqət) adlı mahnısı ilə təmsil edəcək. O, ikinci yarımfinalda 18-ci çıxış edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA