sedanews.az
sedanews.az

2019-un “Ədəbiyyat adamları"na mükafat verildi - Foto

16-05-2019, 11:10 1 016 dəfə baxılıb

2019-un “Ədəbiyyat adamları"na mükafat verildi - Foto





               Mayın 15-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Yaradıcılıq Fondunun təsis etdiyi “Ədəbiyyat adamı-2019” mükafatının təqdimat mərasimi keçirilib.
Kult.az xəbər verir ki, Azərbaycan Yaradıcılıq Fondunun sədri, akademik Kamal Abdullayev layihə haqqında məlumat verib. Mükafatın qaliblərinin tamamilə subyektiv meyarlar əsasında seçildiyini deyən akademik bu tədbirin artıq ənənəyə çevrildiyini bildirib. Akademik mükafata təqdim olunan hər bir ədəbiyyat adamının bu ada layiq olduğunu vurğulayaraq qalibləri təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.
Fondun aparat rəhbəri, şair Qismət Rüstəmov mükafat barədə məlumat verib. Qeyd edib ki, mükafatın hər il may ayında beş nəfərə təqdim edilməsi nəzərdə tutulur. Layihə çərçivəsində istər ölkə daxilində, istərsə də xaricdə çoxşaxəli, çoxspektrli tədbirlər, konfranslar, poeziya gecələri, görüşlər, kütləvi açıq mühazirələr, qapalı seminarların keçirilməsi də planlaşdırılır. Mükafatın məbləği 1000 manatdır.
Daha sonra AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və başqaları çıxış edərək layihənin əhəmiyyətindən söz açıblar.
Sonda mükafatlar təqdim edilib. “Ədəbiyyat adamı” mükafatına yazıçılardan Şərif Ağayar, Vaqif Nəsib, Aysel Əlizadə, şair publisist Mehman Qaraxanoğlu və ədəbiyyatşünas alim Vaqif Yusifli layiq görülüblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA