sedanews.az
sedanews.az

ADEM ASNI

10-06-2019, 14:48 952 dəfə baxılıb

XATİRƏ BOXÇALARI


Eşdim qəlbimin için,

Doludu taxçaları.

Qalanıbdı çinbəçin,

Xatirə boxçaları.


Var acısı, şirini,

Hərboxça bir biçimdə...

Vərəqlədim birini,

Qəhər doğdu içimdə.


Birini silkələdim,

Çırpdımtozunu... həmən,

Xəyallara bələdim,

Varlığımı bütöv mən.


Birinin ağzın çözdüm,

Anam, atam boylandı.

Bilmirəm necə dözdüm,

Qəlbim o cür ki, yandı.


Birboxçanın dibində,

Yetkinliyim boy atır.

Onun da döş cibində,

Nakam ilk eşqi yatır.


Birində dirsəklənib,

Yastığa xəstə halım.

Dərd əlində təklənib –

Məsələ ölüm-qalım.


Süst - süst əl eyləyirdi,

Bir boxçadancavanlıq.

Deyən, mürgüləyirdi,

Oyandırdım bir anlıq.


Bir boxçayarımçıqdı,

Azacıq çəkdim bəri.

Baxdım ağzı açıqdı,

Alıb baxdım içəri.


O boxçada çal başım,

Şeir qoşub çalışır.

Altmış-altmışbeş yaşım,

Qocalığa alışır.


Xatirələr yetməsə,

Boş boxça dolmayacaq...

Ömür vəfa etməsə,

Bu, qismət olmayacaq.

            Bakı, iyun - 2019



            


DƏLİ SEVDA

Dəli sevda dolaşmasınbaşında,
Unut getsin, nənə, vallah ayıbdır.
Biz bir qarı-qoca, ahıl yaşında,
Fələk günümüzü çoxdan sayıbdır.
Çallaşıbdı, ağarıbdı başımız,
Sinnimizin bir ayağı gordadır.
Çoxdan ötüb sevdalanmaq yaşımız,
Səninsə xəyalın hələ ordadır. 
Çox da ki, hüdudu yoxdur xəyalın,
Yenə bir əndazə, sərhəd gərəkdir.
Vallah dəlilikdir sənin bu halın,
Xəyal qurmağa da bir hədd gərəkdir.
Bu sevda ədəbin səddini aşır,
Bizi də özütəkbir dəli sayır.
Bir xəcalət əcəlidir dolaşır,
Eldə xar etməyə imkan arayır.
Yaxşı ki, pünhandır bu sevdan sənin,
Faş olsa həyadan, hörmətdən salar.
Deyərlər xəbəri yoxdurnənənin,
Qırxında öyrənən gorunda çalar.
                        Bakı, may - 2019

Sürgündəyəm


Eşqin ki, atdı oda,

O gündən sürgündəyəm.

Mən yoxam bu dünyada,

O gündən bu gündəyəm.


Dünyada tək adımdır,

Özüm eşq dünyasında.

Yüksələn fəryadımdır,

Nakam eşqin yasında.


Sürgün eyləyib əbəs,

Məhəbbət dünyasına,

Necə saldın məni bəs

İik eşqimin yasına?


Saxlamaq olmaz bir an,

Vaxtın köhlən atını.

Etdin mənə ərmağan,

Sürgünlük həyatını.


Ölübdür mərhəmətin,

Səni əfv etmək çətin.

Bu sürgünlük həyatın, 

Dözüb çəkəcəm mətin.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA