sedanews.az
sedanews.az

Xalq artistinin kitabı çıxdı: "Satış üçün deyil, yalnız özüm hədiyyə edəcəyəm"

17-07-2019, 16:13 917 dəfə baxılıb

Xalq artistinin kitabı çıxdı: "Satış üçün deyil, yalnız özüm hədiyyə edəcəyəm"




Xalq artisti Həmidə Ömərovanın “Mən öləndən sonra xoşbəxt idim” adlanan kitabı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəşriyyatında məhdud tirajla buraxılıb.

Moderator.az xəbər verir ki, Oxu.Az-a təəssüratlarını bölüşən Xalq artisti bildirib ki, kitabı daha çox iki oxucusuna görə çap etdirib:
“Bu kitabı daha çox deputat Aydın Mirzəzadə və sevimli yazıçım Əli Əmirlinin israrlı təkidlərindən sonra nəşr etmək qərarına gəldim. Kitabın “Son söz” hissəsində də yazmışam ki, bu kitabı ən çox iki oxucuma görə çap etdirmişəm.

Son 20-25 il ərzində müxtəlif saytlarda yazdığım köşə yazılarımın çox az bir hissəsini və serial ssenarisinin bir hissəsini çap etdirmək qərarına gəldim. Bunu geniş oxucu auditoriyasına çatdırmaq üçün deyil, məni tanıyanlara, yazılarıma bələd olanlara, yazdıqlarımı oxumaq istəyənlər üçün etdim. Ona görə də kitab çox məhduddur”.

H.Ömərova kitabının təqdimat mərasiminin keçirilməsini belə düşünmədiyini deyib:

“Yalnız öz yaxınlarım, əzizlərim və ailə üzvlərim üçün bir nüsxə çap etdirmişəm. Amma indi görürəm ki, maraq var. Əgər tələbat olsa, bəlkə, yenə də çap etdirdim. Bu, hədiyyə etmək üçün çap olunan kitabdır. Yalnız özüm bağışlayacağam. Kitabın satışı olmayacaq”.

O qeyd edib ki, kitabdakı hekayələrin 80-90 faizi avtobioqrafik xarakter daşıyır:

“Hekayələrimdə ailəm, oğlum, anam və ətrafımdakı insanlardan söhbət açılır. Hazırda kitabın ikinci hissəsi məndə var. Əgər birinci hissə oxucuların xoşuna gəlsə, onda ikinci hissə də çap olunacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA