sedanews.az
sedanews.az

Flora Kərimova Sami Yusufun "Sığmazam" kompozisiyası ilə bağlı mövqeyini açıladı

12-09-2019, 11:28 829 dəfə baxılıb

Flora Kərimova Sami Yusufun "Sığmazam" kompozisiyası ilə bağlı mövqeyini açıladı



 

Dahi şair Nəsiminin “Sığmazam” qəzəlinə Sami Yusufun ifasında hazırlanmış kompozisiya ətrafında söz-söhbət səngimək bilmir. 
Moderator .az xəbər verir ki, bu dəfə xalq artisti Flora Kərimova da öz mövqeyini ortaya qoydu. O, Afət Fərmanqızının “Pənci şeş”ini deyil, S.Yusufun “Sığmazam”ını dəstəklədi:
“Vətəni, onun mədəniyyətini, ədəbiyyatını qəhrəmanını, keçmişini bu qürurlu Azərbaycanın hər bir övladı, hər bir vətəndaşı ürəyi ilə sevməli, ağılı ilə qorumalı və bunu özünə borc bilməlidir. Bir klassiki tərənnüm etmək üçün musiqimizin sütunları – muğam və aşıq musiqisinin həmrəy olması gərəkdir. Bu gənc Sami Yusuf və ona bu işdə dəstək olanlar bu işin öhdəsindən layiq ilə gələ bildilər. Dahi Nəsimiyə muğamımızla, sazın, tarın, kamanın dili ilə haray oldular, hörmət gətirdilər və dünyaya tanıtdırdılar ki, əsl Azərbaycan, əsl Azərbaycan mütəffəkkiri və musiqisi budur. Sami Yusuf, Samirə Əliyeva, Təyyar Bayramov, öpürəm sizləri, səsinizə qüvvət!”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA