SEDANEWS.AZ

Dunya xeber agentliyi

    ABŞ-ın Monterey şəhəri Azərbaycan bayraqlarına büründü

    Kategori: ÖLKƏ Tarix: 6-11-2018, 10:47 Bildir?

    ABŞ-ın Monterey şəhəri Azərbaycan bayraqlarına büründü - FOTO - VİDEO


                                                                #AMERİKA                            #BAYRAQ                            #ABŞ                            #AZƏRBAYCAN                           
                
    Kaliforniyanın Monterey şəhərində 9 noyabr - Azərbaycan Dövlət Bayrağı Günü elan edilib.
    Milli.Az xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində Azərbaycanın Dövlət Bayrağının 100 illiyi qeyd edilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü ilə Monterey şəhərinin mərkəzində yerləşən Alvarado küçəsi əvvəldən axıradək çoxlu sayda Azərbaycan bayraqları ilə bəzədilib. Bundan başqa, 9 noyabr 2018-ci il tarixi Montereydə "Azərbaycanın Dövlət Bayrağı Günü" elan edilib. Bununla bağlı şəhər meri Klayd Roberson (Clyde Roberson) tərəfindən müvafiq bəyannamə imzalanıb.

    Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamədə Azərbaycanın 28 may 1918-ci il tarixində müstəqilliyini elan edərək, müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, müsəlman dünyasında ilk dəfə qadınlara səsvermə hüququ verdiyi vurğulanır. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunur.

    Sənəddə 1918-ci ilin 9 noyabr tarixində göy, qırmızı və yaşıl rənglərindən ibarət üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edildiyi, 1991-ci ildə yenidən müstəqilliyini əldə etdikdən sonra isə həmin bayrağın Azərbaycan Respublikasının Dövlət Bayrağı elan edildiyi vurğulanır.

    Bəyannamədə qeyd olunur ki, Azərbaycan ABŞ-ın müttəfiqi və strateji tərəfdaşı olaraq qalmaqdadır və beynəlxalq səviyyədə müsəlman, xristian və yəhudilərin birgə sülh və harmoniya şəraitində yaşadığı uğurlu ölkə modeli kimi tanınır.
    Bundan başqa, Monterey şəhərinin 2011-ci ildə Azərbaycanın Lənkəran şəhəri ilə qardaşlaşdığı qeyd olunur.

    Bəyannamənin sonunda mer K.Roberson şəhər şurası və şəhər əhalisi adından 9 noyabr 2018-ci il tarixini Monterey şəhərində "Azərbaycanın Dövlət Bayrağı Günü" elan edir və bütün şəhər sakinlərini bu bayramı qeyd etməyə dəvət edir.

    Prezident İlham Əliyev: "Korrupsiya, rüşvətxorluqla bağlı apardığımız mübarizə “ASAN xidmət” mərkəzlərində tam bərqərar olub və bu, bütün dövlət qurumları üçün nümunədir, örnəkdir"

    Prezident İlham Əliyev: "Korrupsiya, rüşvətxorluqla bağlı apardığımız mübarizə “ASAN xidmət” mərkəzlərində tam bərqərar olub və bu, bütün dövlət qurumları üçün nümunədir, örnəkdir"...

    Azərbaycanda dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü qeyd olunur

    Azərbaycanda dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü qeyd olunur...

    Astarada əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 3 milyon manat ayrılıb

    Astarada əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 3 milyon manat ayrılıb Prezident İlham Əliyev Astara şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb....

    Gəncənin sabiq baş memarı haqqında axtarış elan olundu -

    Gəncənin sabiq baş memarı haqqında axtarış elan olundu - Həbsi gözlənilir Gəncənin sabiq baş memarı haqqında axtarış elan olundu - Həbsi gözlənilir Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi...

    Prezident İlham Əliyev Astara və Lerik rayonlarına səfər edib - YENİLƏNİB

    Prezident İlham Əliyev Astara və Lerik rayonlarına səfər edib - YENİLƏNİB...

    Yorum ekle
    Lütfen düşüncelerinizi özgünce ifade etmeye çalışın

    Kodu girin:
    Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız


Sitemizi değerlendirin

image
image
image
image
Web Designer

Saytin butun huquqlari qorunur. Aslan Kazimov 2018
Taglar


«    Aralık 2018    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Aslan Kazimov aslan.m58@hotmail.com,Facebook Hesabim-Facebook - Instagram - ASLAXNN