İQBAL BABA ŞEİRLƏRİ
ÖLƏNDƏ.
Vüsal üçün keçib ömrün başından,
Ölümümü göz altına almışam.
Arzuları gündə belə yandırıb,
Boş ümidlə,boş gümanla qalmışam....
Bir sevgidən yaranmışam əzəldən,
Sevgi adlı bir dünya var içimdə.
Bu dünyanın qara donu boyumca,
Ağ donunu biçməyiblər biçimdə.
Mənim adım Məhəbbətdi,sevgidi,
Könül deyib,səslə məni gələndə.
Həsrətimdən xəta yağır,qan yağır,
Əzrayılım eşq olacaq öləndə.
İQBAL BABA.06.11.2018.
Saç ağartmışam.
Məni naşı bilmə,naşını,xamı
Tanıya-tanıya saç ağartmışam.
Saxasız,kərəmsiz namərd adamı
Qınıya-qınıya saç ağartmışam.
Dosta sağlıq olub arzum,diləyim,
Açıq süfrəm olub,halal çörəyim.
Xətir-hörmət üstə xəstə ürəyim
Qanıya-qanıya saç ağartmışam.
İqbal,əl kəsəni,ətək kəsəni,
Yalan xırdalayıb,kələk kəsəni,
And içə-and içə çörək kısəni
Sınıya-sınıya saç ağartmışam.
Yuxuma gəldin.
Məni düşünürdün dünən,eləmi?!.
Onunçün bu gecə yuxuma gəldin?!...
Gözümə köçürüb kədər bulağın,
Bal tək içə-içə yuxuma gəldin?!...
Gedəndə ilqarı yandırıb getdin,
Olan ümidimi sındırıb getdin...
Sevgini,istəyi dondurub getdin.
Ömrü biçə-biçə yuxuma gəldin?!..
Su sa da səpmədin təşnə ürəyə,
Özünü hey dartdın,hey çıxdın göyə;
Bildin İqbal köçür,ölən görməyə,
Quş tək uça-uça yuxima gəldin?!..
İQBAL BABA.