sedanews.az
sedanews.az

"Çox axmaq ölkə olmuşuq" - Donald Trampın sensasiyalı müsahibəsi - VİDEO - FOTO

15-10-2018, 16:17 1 174 dəfə baxılıb

"Çox axmaq ölkə olmuşuq" - Donald Trampın sensasiyalı müsahibəsi - VİDEO - FOTO

                                #SİYASƏT                             #DONALD TRAMP                     
Qlobal iqlim dəyişiklikləri barədə deyilənlərin əksəriyyəti yalan, mistifikasiyadır. Bunu məşhur alimlər də etiraf etməyə başlayıblar. "Maykl" qasırğasının əvvəlki qasırğalardan güclü olması, dövlət qurumlarının bu qasırğa zamanı əla çalışıb insanları xilas etmələri barədə dediklərimə lağ edənlər də zavallı, bisavad insanlardır.
Milli.Az bildirir ki, ABŞ prezidenti Donald Tramp CBS News telekanalındakı məşhur "60 Minutes" proqramının aparıcısı Lesli Ştalın suallarını Ağ Evdə cavablandırarkən belə deyib.
ABŞ-ın daxili siyasəti ilə yanaşı, dünya mediasında "təlatüm" kimi dəyərləndirlən müsahibədən bəzi məqamları təqdim edirik:
Səudi jurnalist barədə

Lesli Ştal: Səudi jurnalist, Səudiyyə Ərəbistanının indiki hakimiyyətini sərt tənqid edən Camal Haşoqqi bu ölkənin İstanbuldakı konsulluğuna daxil olandan sonnra yoxa çıxıb. O öldürülüb? Şahzadə Salman onun ölümünə fərman verib?
Donald Tramp: Kimsə dəqiq heç nə bilmir. Araşdırırıq. Əgər jurnalist, həqiqətən də, öldürülübsə, çox sinirlənəcəyik. Onlar indi təkzib edirlər. Özü də möhkəm təkzib edirlər. Səudiyyə hakimiyyəti jurnalisti öldürə bilərmi? Düşünürəm ki, hə.
Lesli Ştal: Kürəkəniniz Cared Kuşner Səudiyyənin şahzadəsi Salmanla telefonla danışanda o, təkzib etdi?
Donald Tramp: Onlar təkzib edirlər. Yaxınlarda hər şey bilinəcək. Jurnalist öldürülübsə, Səudiyyə Ərəbistanına qarşı ağır sanksiyalar olacaq.
Kim Çen In barədə
Lesli Ştal: Şimali Koreya ilə münasibətlər nə yerdədir?
Donald Tramp:  Hər şey yaxşılığa doğrudur. Halbuki ABŞ və Şimali Koreya arasında müharibəyə bir addım qalmışdı. Barak Obamanın prezidentliyinin nəticəsi belə idi. Savaşa bir addım qalmışdı. Kim Çen Inla danışdıq, problemlərin həllinə başladıq.
Lesli Ştal: Ona inanırsınız?
Donald Tramp: Hə, inanıram. Amma bu, o demək deyil ki, yanıla bilmərəm.
Lesli Ştal: Kim Çen In sanksiyaların yumşaldılmasını istəyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA