SEDANEWS.AZ

Dunya xeber agentliyi

    MƏMMƏD QƏDİR ŞEİRLƏRİ

    Kategori: ÖLKƏ / SOSİAL ŞƏBƏKƏ Tarix: 7-11-2018, 21:57 Bildir?
    Könülü sevir 
     Soyuq ürəklərdə sevgi cücərməz,
     Sevgi də ürəyi bürkülü sevir!
     Gündüzdü, gecədi, eyninə gəlməz,
     Sevənlər yuxulu, mürgülü sevir! 

     Ruh quşa dönsə də, tək dəni sevməz,
     Eşq Allah əmridi, diqtəni sevməz,
     Sualı xoşlamaz, nöqtəni sevməz,
     Sevgi hekayəsi vergülü sevir! 

     Sevən xəstə düşər, könülsüz bezər,
     Könlünə bir damla könül süz, gəzər,
     Gülün könlü yoxsa,  könülsüz gəzər,
     Qönçələr qöncəni, gül gülü sevir! 

     Eşq mələk eyləyib cox adamları,
     Varlığa çevirib yox adamları,
     Könül adamları, ruh adamları ,
     Ürəyə vurulur, könülü sevir!


    Ürəyim qurban 
     Gözəl, yol gəlmisən, könlüm açıqdı,
     Keç, özünü yorma, ürəyim qurban!
     Rahatlan, ürəyim gen alaçıqdı,
     Məlul-məlul durma, ürəyim qurban!

     Bax, sevda suları nə gözəl axır,
     Hüsnünü gördükcə gül çəkir ahı,
     Kolluqda  bənövşə deyilsən axı,
     Qız, boynunu burma, ürəyim qurban! 

     Sevgindən savayı gün görməmişəm,
     Könlüm şum yeridi, dən görməmişəm,
     Çox sevsəm, demə ki,  mən görməmişəm,
     Nolar, üzə vurma, ürəyim qurban!  

     Təzəcə bitişir ürəyin çatı,
     Qara taleyimə bağla ag atı,
     Nə gözəl işləyir bəxtin saatı,
     Həsrətinə qurma, ürəyim qurban! 

     Narahat deyil ki, bu ürək kösəm,
     Sındırma, sevgini qanadar şüşəm,
     Axı içindəki sevgindi, düşər!
     Ürəyimi qırma, ürəyim qurban!

     Qırma dedim, qırdı, uçuldu dəyəm,
     İndi ulduzları göynəyən göyəm,,
     Günəsim batandan gör nə gündəyəm,
     Heç halımı sorma, ürəyim qurban!


    Soyudur
     Yoğur yenidən, İlahi,
     Yap məni, kündən soyudu!
     Nə şeytan, nə də cin deyil,
     İmanı bəndən soyudur! 

     Halal canda haram qanlar,
     Hər halalı haram yanlar,
     Torpağı suvaran qanlar,
     Sünbülü dəndən soyudur! 

     Qış dondurub günəşləri,
     Ay yorğundu, gün işləmir,
     Dərədə duman işləri,
     Dağları çəndən soyudur! 

     Çiyin saxlamır mələyi,
     Uçduqca düşür lələyi,
     Ayrılığın hər küləyi,
     Şairi məndən soyudur! 

     Çatlayır damım, damır ki,
     Ümid tutmur, bağlamır ki,
     Yox-yox, Məmməd  ağlamır ki,
     Göz yaşıyla qəm soyudur!


    Tapır məni
     Ha yerə girirəm dərdə bükülüb,
     Kotan aşkar edir, xış tapır məni!
     Xəzəlimin altda daldalanıram,
     Küləklər sovurur, qış tapır məni! 

     Tikan aman vermir bülbülə dönəm,
     Qönçəyə qayıdam, bir gülə dönəm,
     Qoymur ki, cücərib sünbülə dönəm,
     İlbizlər axtarır, quş tapır məni! 

     Barışmaz düsməndi dodağım, dişim,
     Bir zəfərə çıxmır, hərbim, döyüsüm,
     İlahi, nə qədər ümid dəyisim,
     Dərd anam hər səhər yaş tapır məni! 

     İstədim könlümü yarda gizlədim,
     Fəqət, vəfasızmış yar da, gizlədim,
     Bilmirəm başımı harda gizlədim,
     Yerin altında da das tapır məni!

     Bir olan Allahın quludu hamı,
     Qurubəxt bir mənəm, suludu hamı,
     Deyəsən ləmələm doludu hamı!    
     Dünyanın dərdləri boş tapır məni!
    Yorum ekle
    Lütfen düşüncelerinizi özgünce ifade etmeye çalışın

    Kodu girin:
    Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız


Sitemizi değerlendirin

image
image
image
image
Web Designer

Saytin butun huquqlari qorunur. Aslan Kazimov 2018
Taglar


«    Aralık 2018    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Aslan Kazimov aslan.m58@hotmail.com,Facebook Hesabim-Facebook - Instagram - ASLAXNN