SEDANEWS.AZ

Dunya xeber agentliyi

    Azərbaycan Xəzər dənizində külək elektrik stansiyası layihəsi ilə bağlı xarici investorlarla danışıqlar aparır

    Kategori: ÖLKƏ Tarix: 11-11-2018, 10:30 Bildir?

    Azərbaycan Xəzər dənizində külək elektrik stansiyası layihəsi ilə bağlı xarici investorlarla danışıqlar aparır

                                                                   #XƏZƏR DƏNİZİ                            #ELEKTRİK ENERJİSİ                           
                
    Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi nəzdində "Azəralternativenerji" MMC Xəzər dənizində külək elektrik stansiyası layihəsinin maliyyələşdirilməsi ilə bağlı bir sıra xarici investorlarla danışıqlar aparır.
    Milli.Az bildirir ki, bunu Trend-ə MMC-nin sədri Aqşin Bəkirzadə deyib.
    A.Bəkirzadə bildirib ki, sənaye tipli stansiya dənizdə yerləşəcək:
    "Bu stansiya Pirallahı qəsəbəsindən Çilov adasınadək uzanacaq. Layihə ilə əlaqədar müvafiq texniki-iqtisadi sənədləşdirmə aparılıb. Stansiyanın gücünün 200 meqavatt təşkil etməsi planlaşdırılır. Potensial investorlar ərəb ölkələri, Çin və Kanadanı təmsil edir".
    r A.Bəkirzadə əlavə edib ki, xarici investorların Azərbaycana cəlb olunması üçün "yaşıl tarif" tətbiq etmək lazımdır. Bu, investisiyaların bərpa olunan enerji mənbələrinin istifadə texnologiyasına cəlb olunması üçün nəzərdə tutulmuş xüsusi mexanizmdir. Bu mexanizm istehsal olunmuş elektrik enerjisinin dəyərinə əlavəni nəzərdə tutur:
    "Elektrik enerjisi tarifləri çox aşağıdır, ona görə də investorları cəlb etmək çox çətindir. Bu vəziyyət dövlətin sosial siyasəti ilə əlaqədardır. Bununla belə "yaşıl tarif" tətbiq etmək lazımdır, əks halda investorları cəlb etmək mümkün olmayacaq".

    Nazir: Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi hazırlanma mərhələsindədir

    Nazir: Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi hazırlanma mərhələsindədir...

    İranın Azərbaycandakı səfiri: "Gəmidə zəhərlənmədən ölənlərin ailələrinə kompensasiya veriləcək"

    İranın Azərbaycandakı səfiri: "Gəmidə zəhərlənmədən ölənlərin ailələrinə kompensasiya veriləcək"19 Oktyabr 2018 13:15 #DÜNYADA #IRAN Milli.Az xəbər verir ki, İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad...

    Astarada əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 3 milyon manat ayrılıb

    Astarada əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 3 milyon manat ayrılıb Prezident İlham Əliyev Astara şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb....

    Prezident İlham Əliyev Astara və Lerik rayonlarına səfər edib - YENİLƏNİB - FOTO 18:38

    Prezident İlham Əliyev Astara və Lerik rayonlarına səfər edib - YENİLƏNİB - FOTO 18:38...

    Yorum ekle
    Lütfen düşüncelerinizi özgünce ifade etmeye çalışın

    Kodu girin:
    Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız


Sitemizi değerlendirin

image
image
image
image
Web Designer

Saytin butun huquqlari qorunur. Aslan Kazimov 2018
Taglar


«    Aralık 2018    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Aslan Kazimov aslan.m58@hotmail.com,Facebook Hesabim-Facebook - Instagram - ASLAXNN