SEDANEWS.AZ

Dunya xeber agentliyi

    Politoloq: "Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə ciddi inkişaf və irəliləyişə nail olunub" #SİYASƏT

    Kategori: ÖLKƏ Tarix: 15-10-2018, 19:26 Bildir?

    Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 15 il ərzində bütün sahələrdə, o cümlədən hərbi, siyasi, iqtisadi, mədəni sahələrdə çox mühüm islahatlar həyata keçirilib, böyük inkişafa nail olunub.
    Milli.Az xəbər verir ki, bu barədə Trend-ə politoloq Arzu Nağıyev bildirib.
    A.Nağıyev deyib ki, siyasi nöqteyi-nəzərdən yanaşdıqda, həm xarici siyasət sahəsində, həm də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində atılan addımlar nəticəsində çox mühüm irəliləyişlər var:
    "Son 15 il ərzində Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində bir çox ölkələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqq işini tanımağa başladı. Eyni zamanda, 2016-cı ildə aprel hadisələri zamanı dünyanın aparıcı kütləvi informasiya vasitələri, həmçinin dövlətləri aparılan antiterror əməliyyatlarını birmənalı şəkildə Azərbaycanın öz ərazisini işğalçılardan təmizləmək siyasəti kimi qəbul etdi".
    Politoloq qeyd edib ki, iqtisadi məsələlərə baxdıqda, bu gün Azərbaycan dünyanın ən mühüm qlobal, strateji əhəmiyyət kəsb edən layihələri ilə yadda qalıb: "Bakı-Tbilisi-Qars, TAP, TANAP layihələrinin həyata keçirilməsi, "Əsrin müqaviləsi"nin müddətinin uzadılması, yeni nəqliyyat qovşaqlarının yaradılması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaradılması, Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin fəaliyyətə başlaması və digər layihələr çox mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki, məhz bununla dünyanın geosiyasi xəritəsi dəyişdirilir".
    O bildirib ki, hərbi nöqteyi-nəzərdən Azərbaycan bu gün dünyanın ən güclü ordusu olan ölkələr sırasındadır: "Əvvəllər hətta bir gülləni xaricdən almaq lazım idisə, bu gün artıq Azərbaycanın hərbi-sənaye kompleksi döyüş sursatları, silahlar istehsal edir, ölkəmiz dünyanın aparıcı ölkələri ilə hərbi sənaye sahəsində əməkdaşlıq edir. Azərbaycanda keçirilən beynəlxalq müdafiə sənayesi sərgiləri bir daha göstərir ki, bir çox aparıcı dövlətlər Azərbaycanla bu istiqamətdə əməkdaşlığa maraq göstərir və bu istiqamətdə mühüm addımlar atılır. İsrail, Rusiya, Pakistan, Çin kimi dövlətlər Azərbaycanla tərəfdaşlıq edirlər".
    Politoloq vurğulayıb ki, mədəniyyət və digər istiqamətlərə baxdıqda son 15 ildə Azərbaycanda beynəlxalq humanitar forumlar, mədəniyyətlərarası dialoq forumları, sivilizasiyalararası forum və digər beynəlxalq əhəmiyyətli tədbirlər keçirilir: "Eyni zamanda, Bakıda İlk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq tədbirlərin keçirilməsi göstərir ki, Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində Azərbaycan artıq dünyəvi dövlətlər arasında çox mühüm dövlətə çevrilib".
    A.Nağıyev qeyd edib ki, eyni zamanda Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı vacib addımlar atılıb: "Artıq Azərbaycan bir turistik dövlətə çevrilib. Xarici ticarət dövriyyəsi, qeyri-neft sektoru məhsullarının ixracı xeyli artıb. Qeyri-neft sektoruna qoyulan investisiyaların həcmi kifayət qədər yüksəlib. Yəni Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə ciddi inkişaf və irəliləyişə nail olunub".
    Milli.Az

    Pensiyalar artıb

    Pensiyalar artıb Azərbaycanda pensiyaların orta aylıq məbləğində 8,4 faiz artım qeydə alınıb. Milli.Az xəbər verir ki, 2018-ci ilin 1 oktyabr tarixinə ölkəmizdə pensiyaların orta aylıq məbləği 221,1 manata çatıb. Əmək və Əhalinin...

    Azərbaycanda canlı yayımda uşaq doğuldu - VİDEO

    Azərbaycanda canlı yayımda uşaq doğuldu - VİDEO...

    Prezident İlham Əliyev Astara və Lerik rayonlarına səfər edib - YENİLƏNİB

    Prezident İlham Əliyev Astara və Lerik rayonlarına səfər edib - YENİLƏNİB...

    "Çox axmaq ölkə olmuşuq" - Donald Trampın sensasiyalı müsahibəsi - VİDEO - FOTO

    "Çox axmaq ölkə olmuşuq" - Donald Trampın sensasiyalı müsahibəsi - VİDEO - FOTO...

    Yorum ekle
    Lütfen düşüncelerinizi özgünce ifade etmeye çalışın

    Kodu girin:
    Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız


Sitemizi değerlendirin

image
image
image
image
Web Designer

Saytin butun huquqlari qorunur. Aslan Kazimov 2018
Taglar


«    Aralık 2018    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Aslan Kazimov aslan.m58@hotmail.com,Facebook Hesabim-Facebook - Instagram - ASLAXNN