SEDANEWS.AZ

Dunya xeber agentliyi

    Sürücülərə XƏBƏRDARLIQ: bu qaydalara həm də kameralar nəzarət edəcək

    Kategori: ÖLKƏ Tarix: 17-12-2018, 11:35 Bildir?
               
                Sürücülərə XƏBƏRDARLIQ: bu qaydalara həm də kameralar nəzarət edəcək                                                               #CƏMİYYƏT                            #AVTOBUS                            #NƏQLİYYAT                           
                
    Artıq bir müddətdir ki, ölkə başçısı cənab İlham Əliyevin müvafiq fərmanına əsasən paytaxtın inzibati ərazisində dayanma və durma qaydalarını pozan sürücülərə qarşı Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən inzibati tənbeh tədbirləri görülür.
    Agentlikdən Milli.Az-a verilən məlumata görə, parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi kameralar vasitəsi ilə də həyata keçirilir. Mərhələ ilə bu tədbirlər daha mütəşəkkil və təkmilləşdirilmiş qaydada təşkil ediləcək.
    İnzibati tədbirlərlə yanaşı, Bakı Nəqliyyat Agentliyi tərəfindən sürücülərin yol hərəkəti qaydalarına, o cümlədən, dayanma və durma qaydalarına əməl etməyə sövq edən maarifləndirmə işləri də davam etdirilir. Bu çərçivədə paytaxtın müxtəlif ərazilərində, xüsusən də dayanma və durma qaydalarının pozulması hallarının daha çox rast gəlindiyi küçə və prospektlərdə maarifləndirmə xarakterli lövhələr vurulub.
    REKLAMinstagram.com
    Daha ətraflıNative Video by Adributor Bir daha avtomobil sahibləri və sürücülərin nəzərinə çatdırılır ki, dayanma və durma qaydalarına ciddi şəkildə əməl edilməlidir: "Avtobus dayanacağında, səkilərdə və yolların hərəkət hissəsində, ikinci cərgədə, yolların kəsişən hissələrində, piyada xətlərinin üzərində və təyin olunmayan digər ərazilərdə nəqliyyat vasitələrinin park edilməsi "Yol hərəkəti haqqında" Qanunun tələblərinin kobud şəkildə pozulmasıdır. Bu, inzibati məsuliyyət yaradır. Bu kimi qayda pozan sürücülərə qarşı Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən inzibati tənbeh tədbirləri həyata keçirilir. Hər kəs qanunun bu tələblərini müzakirə etmədən birmənalı yerinə yetirməyə borcludur".

    Həyətyanı sahələrinizdəki ağacları icazəsiz kəsə bilərsinizmi? - Nazirlikdən CAVAB

    Həyətyanı sahələrinizdəki ağacları icazəsiz kəsə bilərsinizmi? - Nazirlikdən CAVAB...

    İşgəncələrə Qarşı Azərbaycan Komitəsi həbsdə olan Nemət Pənahlı ilə görüşüb

    İşgəncələrə Qarşı Azərbaycan Komitəsi həbsdə olan Nemət Pənahlı ilə görüşüb İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Nəsimi rayon Polis İdarəsində saxlanılan Nemət Pənahlıya baş çəkib. Bu barədə Trend-ə açıqlamasında komitə sədri...

    Bakıda qorxunc qəza: avtobus yük maşını ilə toqquşdu, ölən var

    Bakıda qorxunc qəza: avtobus yük maşını ilə toqquşdu, ölən var...

    Bakının əsas yol kəsişmələrinin birində MÜHÜM DƏYİŞİKLİK - FOTO

    Bakının əsas yol kəsişmələrinin birində MÜHÜM DƏYİŞİKLİK - FOTO Paytaxtda Ziya Bünyadov prospekti kənar yol ilə Azadlıq prospektinin kəsişməsindəki dairədə hərəkət bərpa ediləcək. Bu, yol infrastrukturunun təkmilləşdirilməsi,...

    Yorum ekle
    Lütfen düşüncelerinizi özgünce ifade etmeye çalışın

    Kodu girin:
    Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız


Sitemizi değerlendirin

image
image
image
image
Web Designer

Saytin butun huquqlari qorunur. Aslan Kazimov 2018
Taglar


«    Ocak 2019    »
PtSaÇaPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Aslan Kazimov aslan.m58@hotmail.com,Facebook Hesabim-Facebook - Instagram - ASLAXNN