SEDANEWS.AZ

Dunya xeber agentliyi

    Nazirdən şagirdlərin ehtiyac olmayan biliklər alması barədə iddialara MÜNASİBƏT

    Kategori: ÖLKƏ Tarix: 20-12-2018, 15:16 Bildir?
               
                 

    Nazirdən şagirdlərin ehtiyac olmayan biliklər alması barədə iddialara MÜNASİBƏT

                                                                                     
                
    Təhsil sistemi gənc nəslə yalnız bu və ya digər fənnə aid bilikləri verməli deyil. Təhsil sisteminin məqsədi hərtərəfli şəxsiyyət yetişdirməkdir.
    Bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycanda insan kapitalı üzrə forumda orta məktəblərdə şagirdlərin ehtiyac olmayan biliklər alması barədə deyilən iddialara münasibət bildirərkən deyib.
    Nazirin sözlərinə görə, hərtərəfli şəxsiyyət yetişdirmək üçün birgə və intensiv sosiallaşma olmalıdır: "Burada Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi fənlərinin xüsusi yeri var. Eyni zamanda, Azərbaycan qanunvericiliyi digər ölkələrin qanunvericiliyindən daha liberaldır. Azərbaycan qanunvericiliyinə görə, təhsil həm ana dilində, həm də beynəlxalq proqramlar əsasında, digər xarici dillərdə təşkil oluna bilər. Ancaq digər dillərdə fənlər tədris olunarkən mütləq şəkildə bir sıra fənlər tədris edilməlidir. Bunlar Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi, Azərbaycan coğrafiyasıdır. Təhsil Nazirliyi həm dövlət, həm də özəl məktəblərdə bu qaydaların əməl olunmasına çox ciddi nəzarət edir".
    REKLAMfacebook.com
    Daha ətraflıNative Video by Adributor C.Bayramov deyib ki, bu gün Azərbaycan dilində olan resurslar digər qlobal dillərdə olan resurslarla müqayisə olunan səviyyədə deyil:
    "Bunun obyektiv səbəbləri var. Bu da ondan ibarətdir ki, 70 il sovet imperiyasının tərkibində olarkən elmi fikir rus dilində inkişaf edirdi. Bunu da real olaraq nəzərə almaq lazımdır ki, müstəqil Azərbaycan tarixi o qədər də uzun deyil. Bu müddətdə yeni resursların yaradılması üçün işlər aparılıb və davam etdirilir. Hazırlanmış resurslarla özümüz də tam razı deyilik və onların təkmilləşməsi istiqamətində daim iş aparılır. Ancaq bu gün Azərbaycan dilində olan resurslar 10 il əvvəlki resurslarla müqayisə olunsa, görərik ki, əhəmiyyətli fərqlər var".

    Azərbaycan müəllimlərinin XV qurultayı keçirilir

    Azərbaycan müəllimlərinin XV qurultayı keçirilir...

    Vyetnamda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş ibtidai məktəbin açılış mərasimi olub

    Vyetnamda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş ibtidai məktəbin açılış mərasimi olub ...

    Suriya XİN-dən S-300 açıqlaması

    Suriya XİN-dən S-300 açıqlaması S-300 zenit raket komplekslərinin çatdırılmasından sonra Suriya özünü təhlükəsizlikdə hiss edir. Axar.az xəbər verir ki, bu barədə Suriya Xarici İşlər naziri Valid Müəllim danışıb. “S-300-ləri əldə...

    Prezident İlham Əliyev Astara və Lerik rayonlarına səfər edib - YENİLƏNİB

    Prezident İlham Əliyev Astara və Lerik rayonlarına səfər edib - YENİLƏNİB...

    Yorum ekle
    Lütfen düşüncelerinizi özgünce ifade etmeye çalışın

    Kodu girin:
    Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız


Sitemizi değerlendirin

image
image
image
image
Web Designer

Saytin butun huquqlari qorunur. Aslan Kazimov 2018
Taglar


«    Ocak 2019    »
PtSaÇaPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Aslan Kazimov aslan.m58@hotmail.com,Facebook Hesabim-Facebook - Instagram - ASLAXNN