sedanews.az
sedanews.az

Bu dərmanın istifadəsi tamamilə məhdudlaşdırılır

28-12-2018, 13:34 1 222 dəfə baxılıb

Bu dərmanın istifadəsi tamamilə məhdudlaşdırılır

                               
  <img src="https://imgs.su/upload/183/3743588870.jpg">          
Azərbaycanda güclü təsir edən tramadol hidroxlorid maddəsinin istifadəsi tamamilə məhdudlaşdırılır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə məsələ Milli Məclisin dekabrın 28-də keçiriləcək plenar iclasının gündəliyinə daxil olan "Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zərərli maddələrin Siyahısı"na dəyişiklikdə öz əksini tapıb.
Hazırda tramadol hidroxlorid 100 mq-150 mq-200 mq və daha artıq bütün tramadol tərkibli dərman vasitələrinə şamil olunur. Dəyişikliyə əsasən isə, "100 mq-150 mq-200 mq və daha artıq" sözləri siyahıdan çıxarılır və tramadol hidroxlorid bütün tramadol tərkibli dərman vasitələrinə şamil olunur.
Qeyd edək ki, tramadol hidroxlorid ölkə ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik maddələr siyahısına daxildir. Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahısına daxil edilmiş bu maddə yüngül və güclü, kəskin və xroniki ağrıların qarşısının alınması üçün istifadə edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA