sedanews.az
sedanews.az

Bu necə canmış, qardaş...

16-04-2019, 16:02 74 dəfə baxılıb

Qardaşım bu gün sənin  ildönümünü, sənsiz dadı- duzu qalmayan öz doğma ocağında ürək ağrisiyla yad edirik. Bu gün, hələ də qaysaq bağlamayan sənli yaralarımız yenidən qan sizdı qardaş!
 ALLAH SƏNİ RƏHMƏT ELƏSİN KƏRBƏLAYİ İLTİFAT  QARDAŞIM
 Bu necə canmış, qardaş...
 Yarpaq-yarpaq tökülən,
 Demə cannanmış, qardaş,
 Dərd var dərmanı yoxdu;
 -Sənki, onnanmış, qardaş.
 Çoxaldıqca ağrılar
 Dərd dərdləri ağırlar
 Bütün yollar, ciğırlar,
 Sənçün bağlanmış qardaş.
 Od püskürür hər yanın,
 Yox ağrını duyanın
 Dərdə alışıq canın
 Yüz yol dağlanmış qardaş,
 Yaralar verib bəhər
 Sov gününü birtəhər
 İşartılı ümüdlər
 İçindən yanmış qardaş
 İç yara, bədən yara,
 Heç nə gəlmir tumara,
 Dözdun ac ağrilara
 Bu necə canmış qardaş
 Belə yazılmış qədər
 Artıq nə etsək hədər
 Demə mürgülü dərdlər
 İndi oyanmış qardaş...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA