sedanews.az
sedanews.az

Qanla sınağa çəkmə...

16-04-2019, 16:20 3 673 dəfə baxılıb

Qanla sınağa çəkmə...

 Ya Rəbb! "Dağ"sız yerim yox,
 Məni bu "dağ"a çəkmə.
 Dərd ver ki, çəkə bilim,
 Canla sınağa çəkmə...

 Al məni başdan-başa,
 Vur qayaya, vur daşa,
 Amma,  qıyma qardaşa,
 Onla, sınağa çəkmə...

 Sənsən, dərdə  "əl çəkən",
 Sənsən, uçuran, tikən,
 Bu qədər suyun varkən,
 Qanla sınağa çəkmə...

 İran.Təbriz şəhəri.
 05.02.2018






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA