sedanews.az
sedanews.az

Azərbaycanda şair vəfat etdi

6-05-2019, 12:50 1 028 dəfə baxılıb



Tanınmış şair Dəmir Gədəbəyli dünyasını dəyişib.
Bu barədə Kult.az-a məlumatı hüquqşünas Səməd Vəkilov verib. S.Vəkilov bildirib ki, şairin həyat yoldaşı Rüxsarə Növruzovdan dəqiləşdirdiyi məlumata əsasən, bir müddətdi leykoz xəstəliyindən əziyyət çəkən şair Dəmir Gədəbəyli bu gün 10.15 radələrində müalicə aldığı B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda vəfat edib.
Qeyd edək ki, 27 mart 1939-cu ildə Gədəbəy rayonunun Ataxal kəndində doğulan Qasımov Dəmir Müseyib oğlu həm də elm adamı idi. O, filologiya elmləri doktoru, professor kimi bir sıra ali məktəblərdə pedeqoji fəaliyyətlə məşğul olmuşdu.
Şairin çox sayda şeirlərinə bəstəkar Elza İbrahimova və başqa bəstəkarlar mahnılar bəstələyib.
Allah rəhmət eləsin!

        
      
            12 Punto            14 Punto           16 Punto               






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA