sedanews.az
sedanews.az

“Sabiri yad etmək bir vəfa borcudur...”

30-05-2019, 12:20 1 228 dəfə baxılıb

“Sabiri yad etmək bir vəfa borcudur...”



 

Sabah Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Sabir poeziya günləri”nin yekun tədbiri keçiriləcək. Mərasimdə tanınmış ədəbiyyat və incəsənət xadimləri iştirak edəcək. 

Məsələyə münasibət bildirən Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi, “525-ci qəzet” in baş redaktoru Rəşad Məcid Moderator.az-a açıqlamasında bildirdi ki, “Sabir poeziya günləri” ən uzunömürlü ənənəsi olan poeziya günlərindən biridir: 
“Vaxtilə buna Rəsul Rza, Qabil, Fikrət Sadıq rəhbərlik edib və indi Əjdər Ol rəhbərlik edir. Uzun illərdir ki, mən də hər il mayın 30-da Şamaxıya gedib Seyid Əzim Şirvaninin və Mirzə Ələkbər Sabirin məzarlarını ziyarət edirəm. Onun oğlu dostum Gündüz Tahirli də son illər Amerikadan gəlir onunla görüşürük. Bu il Şamaxıya getmək imkanım olmadı, amma bizim yazıçıların bir qrupu Şamaxıdadılar. Bu gün orda tədbirlər keçiriləcək və sabah da R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında bağlanış olacaq. M.Ə.Sabir Azərbaycan poeziyasında yeni yol açan ən böyük paştablı, düşüncələri dəyişən bir şairdir. Onun şeirləri bu gün də aktualdır, sabah da aktual olacaq. M.Ə.Sabiri yad etmək bir vəfa borcudur”. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA