sedanews.az
sedanews.az

Mehman Göytəlinin şeirləri

16-10-2018, 18:42 213 dəfə baxılıb

Mehman Göytepeli
   
      
Evimdə sən boyda balam, var bala...

 Şəhvətin dumanı azdırıb səni,
 Yaşında çox ana olan var, bala.
 Havalı  hissini, ruhuma sürtmə,
 Evimdə sən boyda balam var, bala...

 Bu necə görkəmdi, bu nə duruşdu,
 Könlümün tavanı üstümə uşdu,
 Deyirsən etiyac yaralı quşdu,
 Illərlə ac-susuz qalan var, bala...

 Hələ, nə dolaşıq düyün görmüsən,
 Nə  qəmin-kədərin iyin görmüsın,
 Sən hələ dünyanın nəyin görmüsən?!
 Doğru etketində yalan var bala...

 Bir ucuz gülüşə alarlar səni,
 Çəkib ismət-ismət yolarlar səni,
 Sonra mənliyindən çalarlar səni,
 Ölkədə o qədər ilan var, bala...

 Ayıl, yaddaşını, huşunu topla,
 Gözünə əl gəzdir qaşını topıa,
 Get daman ağlını, başına topla,
 Qabağda  çox "soyğun", "talan" var bala...

 Ədalət boy atmaz "havasiz" yerdə,
 Ölüm səhnə sonu enilən pərdə,
 Günahı gəzməyək dərinliklərdə,
 Bizi bu hallara salan var, bala...


İnsanın özü də bir kainatdı

 Hər kəs öz içində dolanıb gəzir,
 Heç kimin, heç kimə qalmayıb ərki.
 Milyon aləmi var bu kainatın,
 Göydə baş verəni, yer nə bilir ki...

 Bilinmir sərhəddi, bilinmir səddi,
 Kainat nə boyda, nə biçimdədi?!
 Özü, öz içinə sığmayan aləm
 Haqqın göndərdiyi söz içindədi

 Bilən yox mayası hayandan gəlib,
 Hansı közdə bişib Günəşi, Ayı.
 Yerin qatlarında nələr gizlənib,
 Göydəki ulduzun neçədi sayı...

 Bir ruh, bir bədəni necə gəzdirir,
 İnsani gəzdirən o canda nə var.
 Bilən yox kainat hayanda bitir,
 Bitdiyi o yerdən, o yanda nə var?!

 İçi sirlə dolu kitabdı insan,
 Insan möcüzədi, insan həyatdı.
 İçinə bir aləm sığırsa; -Demək ;
 -İnsanın özü  də bir kainatdı...



Yaman olurmuş ox dadı

 Ürəyimə dəymə gülüm,
 Qan sizib, laxta-laxtadı.
 Yer dəyişib qəmlə sevinc,
 Qəm çıxıb, yenə taxtdadı.

 Gəzdim səni, o dağ, bu dağ,
 Qopdum düşdüm budağ-budağ,
 Yaman olurmuş ovlanmağ,
 Yaman olurmuş, ox dadı...

 Doğranmışam, bölüm-bölüm,
 Qan ağlayır içim, çölüm,
 Mən sənin acınam gülüm,
 Acın bir gözü toxdadı...

 Nə olar, kəsmə ülfəti,
 Sənsən könül səltənəti,
 Həsrətimin hərarəti,
 Sinənə dəydi,  toxdadı,,,

 Qoyma, yandım, öz ahımdan,
 Çıxammazsan  günahımdan,
 Qovma məni dərgahından,
 Sənsiz bu ömrün yox dadı...






Məndən sənin iyin gəlir...

 Qoy dərdini özüm çəkim,
 Sən də, hərdən yoxla məni.
 Bir gözünlə ağrımı al,
 Bir gözünlə oxla məni...

 Bu dərd yaman, yeyin gəlir
 İp çəkirəm düyün gəlir
 Məndən sənin iyin gəlir
 İnanmısan qoxla məni

 Sənsiz   ömrüm-günüm haram,
 Sən varsan, bil mən də varam,
 Dərdsiz bir "ev" axtarıram,
 Al qoynunda saxlla məni...



Mənsiz, mənlə qalandı, o...

 Qurban olum  hər gününə,
 Gün də gözəl, sən də gözəl
 Saçlarına işıq tutan,
 O, nəm teldə, dən də gözəl...

 Görüm  yansın nazın canı
 Yox imiş əhdi, peymanı
 Dar eyləyib bu dünyanı,
 Özü durub gendə gözəl...

 Sanki, aydı, göydən enib,
 Al yanağa nur çilənib,
 Dupdurudu, çox ələnib,
 Tanrı ələyində gözəl.

 Bir nağıldı ömrü-günü,
 Viran eşqi qəm sürgünü
 Mənim zövqüm onun könlü
 Durub, yambayandı, gözəl...

 Duyğu kimi qəlbə axan.
 Bir oddu yandırıb, yaxan
 "Tanrı fırçasindan çıxan"
 "Çəkdiyi" bu bəndə,  gözəl...

 Nə gerçək, nə yalandı o,
 Nə yox, nə var olandı o,
 Mənsiz, mənlə qalandı o,
 Dayanıbdı öndə gözəl...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA