sedanews.az
sedanews.az

Haci Malik Həkim Xəlilov şeirləri

5-11-2018, 13:42 1 801 dəfə baxılıb

BAHAR ƏTİRLİ ŞEİR
 *****
 Eşidib baharın xoş sədasınl,
 Oyandı yuxudan Ana təbiət.
 Aşırıb üstündən qış libasınl,
 Gəldi ağır- ağır cana təbiət.

 Bir sığal çəkərək şəfəqləriylə,
 Günəş salamladı yenə torpağı.
 Qar altdan işaran çiçəkləriylə,
 Bahar naxışladı yamacı, dağı.

 Bax,odur,öyünür zoğal və ərik,
 Bahardan ilk soraq verən ağac tək.
 Müjdəçi quş kimi bir də görərik,
 Kəsdirib qapını qaranquş,leylək.

 İndi hər bir evin bəzəyi olub,
 Bərəkət nəfəsli yaşıl səməni.
 Ən əziz nemət tək süfrəyə dolub,
 Qozçörək,fəsəli,qoğal və firni.

 Yazın ilməsindən çıxıb çöl- çəmən,
 Naxışı- bənövşə,novruzçiçəyi.
 Xoş iyli çələmir, təzə gicitkən,
 Dözərmi, yazmasa şair ürəyi?

 Bu bahar məni də saldl həvəsə,
 İncə duyğularım dilləndi yenə.
 Qələm təbiətlə verdi səs- səsə,
 Söz qoşdu baharın gözəlliyinə.

 Keçdi xəyalımdan öz Ana kəndim,
 Boylanır dünyaya dağ ətəyindən.
 Bələnib yaşıl yaz donuna kəndim,
 Yayılır xoş ətir hər çiçəyindən .

 Şabrançay buzunu əridib çağlar,
 Sahili yarpızla boyanıb indi.
 Palıd meşələri, sərin bulaqlar,
 Səsinə səksənib oyanıb indi.

 Qızlar əkinlərə çıxar bu çağda,
 Toplayar moyana, yemlik, göy tərə.
 Bir gəlin dovğanı bular ocaqda,
 O biri yağ çəkər qutab, fətirə.

 Yaz mehi çəmənin telini darar,
 Qaçışar yamacda balaq- buzovlar.
 Uşaqlar əkində şağağa yığar,
 Bulaq yollarında oğlan qız " ovlar".

 Yenə arıların pətəklərini,
 Düzər güneylərə arıçı qardaş.
 Tənkəmər dağının ətəklərini,
 Yuyar, əriyərək buz yavaş- yavaş.

 Saymaqla bitməyən o mənzərələr,
 Hər bahar kəndimə haraylar məni.
 Çoxdur Vətənimdə səfalı yerlər,
 Çağırır o dağar, o çaylar məni.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA