sedanews.az
sedanews.az

TAHİR FIKRININ ŞEİRLƏRİ

23-11-2018, 13:22 1 238 dəfə baxılıb

Qoruyaq biz gərək hər an bu eşqi
 *
 Qovuşduq bir zaman bu dünyada biz,
 Sevincdən bu gün də coşur qəlbimiz.
 Hər zaman saf olub bizim eşqimiz,
 Qoruyaq biz gərək hər an bu eşqi.
 *
 Arzumdur daima mehriban olaq,
 Bu ülvi sevgidən biz ilham alaq.
 Eşq aləmində əbədi yurd salaq,
 Qoruyaq biz gərək hər an bu eşqi.
 *
 Sevilib,sevmək gözəldir ey yar,
 Hər bir kəsə sevgi gərəkdir ey yar.
 Saf eşq mükəmməl bir təməldir ey yar,
 Qoruyaq biz gərək hər an bu eşqi.
 Qoruyaq biz gərək hər an bu eşqi. 

Dalğalan,dalğalan,üç rəngli bayraq. 🇦🇿️️
 *
 Dalğalan,dalğalan,üç rəngli bayraq,
 Azad Azərbaycan yurdundur sənin.
 Gün gəlsin düşmənin qəlbini yaraq,
 Fəxr etki varındır azad Vətənin.
 *
 Əbədi yüksəlmiş bayrağımızsan,
 Sən Məmməd Əminin yadigarısan.
 Hər zaman,hər yerdə şüarımızsan,
 Bu ulu yardumun iftixarısan.
 *
 Ulduzla aypara nişanlarındır,
 Qürur duy bu gözəl,azad Vətənlə.
 Bu Vətən səninlə tam bəxtiyardır.
 Əsrin tamam olmuş öz tarixinlə.


Yaxşılıq etməyi vermə əlindən.
 *
 Yaxşılıq etməyi vermə əlindən,
 Yaxşılıq et daim,unutma insan.
 Xeyirxaq əməllər ucaldar səni,
 Beləcə qəlblərdə yadda qalarsan.
 *
 Xeyirxaq əməldən güdmə təmənna,
 Xoş sözlə qəlbləri çalış şad eylə.
 Sal yada dünyanı tərk edənləri,
 Duayla ruhların çalış şad eylə.
 *
 Müşkülü olanı səbrə dəvət et,
 Kəsməsin ümüdün nicat verəndən.
 Dəvət et müşkülü olan insanı,
 Hacətin diləsin həll eliyəndən.
 *
 Pislikdən çəkindir pis insanları,
 Əməldə örnək ol xoş niyyətinlə.
 Zalım ilə hətta ədalətli ol,
 Xeyrə ol vəsilə şirin dilinlə.
 *
 Əxlaqa önəm ver hər zaman,ey dost,
 Düşündür bununla bəd əxlaqları.
 Fikri,sən də daim ədəb əhli ol,
 Təfəkkürə dəvət et insanları.


Qafil üçün günah adiləşibdir.
 *
 Qafil üçün günah adiləşibdir,
 Günah bir "əməldir" onun gözündə.
 İstər böyük olsun,istərsə kiçik,
 Çəkinmədən edir Allah önündə.
 *
 Ehtiyac bilməyir tövbə etməyi,
 Hidayət olunub mömin olmağın.
 Hidayət edən də*razıdır əlbət,
 Nankorun şeytanla tənha qalmağın.
 *
 Nəfsə təslim edib əqlini asi,
 Şeytansa fürsəti verməyib əldən.
 Quludur bu azğın şeytanın artıq,
 Məlun azdırıbdır onu əzəldən.
 *
 Haqqı qəbul etmir bu qafil heyhat,
 Müxaliflik edir hər zaman haqla.
 Çünki bəsirəti bağlıdır onun,
 "Dostluq"edib qafil daim nahaqla.
 *
 Haqqa gəlib hər gah tutsa haqq yolun,
 Hidayət yolunu o tapmış olar.
 Rəbbə təslim olub ibadət etsə,
 Müjdəsin sonucda Allahdan alar!
 *
 Tahir Fikri.
 27.10.2018.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA