sedanews.az
sedanews.az

KİRMAN RÜSTƏMLİNİN ŞEİRLƏRİ

25-11-2018, 15:44 111 dəfə baxılıb

Yaşamağa nə var ki..

 Bu dağlarda yaşamağa nə var ki..
 Sinəsində kəkotundan içəsən.
 Təkələri qayasında oynağan,
 Dərman deyib hər otunu biçəsən..

 Çiçəkləri laləsindən köz alıb,
 Külək yayır ətrafıma ətrini.
 Quzeyində azacıq da qar qalıb,
 Qar quşları dimdikləyir tərini.

 Gül çiçəyə naxış salır kəpənək ,
 Güllər onu qucaqlayıb, həzz alır.
 Göy qurşağı alovlanıb neçə rəng,
 Səmanı da  ocaqlayıb,həzz alır

 Könül coşur,yaşam hissi çoxalır,
 Burda hər şey doğmadan da doğmadır
 Bir tikədən adam necə toxalır,
 Zəhmət ətri verən halal loğmadır.


Deputatlardan biri evsizlikdən
gileylənir, deyir ki , bizə ev verilsin.

 Bunlara  ev verin,
 Üstü alaçıq olsun.
 Bacadan tüstü çıxsın,
 Divarı palçıq olsun.

 Yandırsın o çırağın,
 Neftin qramla töksün.
 Bir palazın qırağın,
  Yatanda üstə örtsün.

 Məndə olsa ixtiyar,
 Deyerem ki, a kişi,
 Kimindir bu saraylar,
  Hərənizin var beşi.

 Bilirsiz ki şəhidlər,
 Kasıb evindən çıxır.
 Sizin kimi mədhilər,
 Gecə gündüz hey tıxr.


Sızla yaram ,sızla,

 Sızlamağın mənim günahım.
 Yan yaram,yan, cızla,
 Cızlamağın  mənim günahım.
 Sən, sağalardın yaram,

 Harayına can desəydim.
 Dərdlərini qram, qram,
 Acısını  mən yesəydim.
 Baxa baxa qaldım,

 Özümü yaxa yaxa qaldım.
 Acını yeyənmədim ,
 Sənə torpaq,
 Vətən -deyənmədim.

AZƏRBAYCAN BAYRAĞI.

 Səndən uca nəyim var ki,
 Mavi gözlüm,al yanaqlım.
 Yaşıl atlaz geyinmisən,
 Sən bakirə mələkmisən.

 Yara yara insanları,
 Silah oldun başım üstə.
 Alqış- dedi sənə hamı!
 Sən qaldırdın izdihami!

 Millətimin bir and yeri,
 Yollar yoxdur daha geri.
 Sən yurdumun tək dayağı
 Əlvan üç rəngli bayrağı.!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA