sedanews.az
sedanews.az

"Təranə Səmədova azad edilə bilər..." - Hüquqşünas

5-11-2018, 12:55 1 935 dəfə baxılıb

"Təranə Səmədova azad edilə bilər..." - Hüquqşünas

                                                            #ŞOU-BİZNES                            #KRİMİNAL                           
            
Son illər tanınmış simaların adları tez-tez insan alverində hallanır. Onlardan biri də tanınmış prodüser Təranə Səmədovadır. 
Nərimanov Rayon Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə prodüserin 1 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verilib. Hazırda T. Səmədova artıq Bakı İstintaq Təcridxanasındadır. Onun həbs olunması ajiotaj yaradıb.

Təranədən sonra tanınmış stilist İntuş (İntizam Yusifov) da həbs edilib. O, yetkinlik yaşına çatmayan qadınları fahişəliyə cəlb etdiyinə görə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. İntizam Yusifov Nərimanov Rayon Məhkəməsi tərəfindən həbs edilərək, istintaq təcridxanasına göndərilib.

Bu həbslər ilk olmadığı kimi son da deyil. İllərdir ki, şou nümayəndələrinin adı insan alverində hallanır. Müğənni Rəqsanənin bacısı Ellada İsmayılova 2007-ci ilin yanvarında Türkiyədə qadın alverində suçlu bilinərək saxlanılıb. 

Müğənni Günel Ələkbrovanın da Daxili işlər Nazirliyinin İnsan alveri üzrə Mübarizə İdarəsinə çağırıldığı xəbəri yayılıb. O isə məlumatı təkzib edib.

Müğənni Maral Tahirqızı Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə təqsirli bilinərək həbs edilib. 

Qadınları fahişəliyə cəlb etməkdə şübhəli bilinən məşhur prodüser Vəfa Vaqifqızı da həbs olunanlar arasındadır. 

Azərbaycanlı qadınları Türkiyədə fahişəliyə məcbur etməkdə təqdirli bilinən müğənni Təranə Muradovanın cinayət işi üzrə məhkəmə prosesi də yaxın günlərdə başa çatıb. 

Mill.Az bildirir ki, musavat.com-un əldə etdiyi məlumata görə, Təranə Səmədova barəsində verilən qərarla razılaşmır, o ittihamları qəbul etmir. Prodüser Apelliyasiya Məhkəməsinə müraciət etməyə hazırlaşır. 

Bəs, şou əhli arasında geniş yayılmış fahişəliyə cəlbetmənin qarşısı necə alınmalıdır? Şou əhli arasında tək həbs olunmalı Təranə Səmədovadırmı?

Musavat.com-a mövzu ilə bağlı danışan hüquqşünas Ruslan Əhmədoğlu bildirib ki, insan alverinin qarşısını bir proses ilə almaq mümkün deyil: 

"İnsan alveri dünyanı bürümüş prosesdir. Hər ölkənin buna yaxınlaşma tərzi fərqlidir. Amerika və Avropa ölkələrində insan alveri ilə sərt olmayan şəkildə mübarizə aparılır. Onlarda azyaşlıların alveri və orqanların qanunsuz satışı çoxluq təşkil edir. 

Azərbaycanda insan alveri deyiləndə qadınların fahişəliyə cəlbi ağıla gəlir. Bunun bir proseslə, bir hərəkatla qarşısını almaq mümkün deyil. 

Təranəyə gəldikdə isə, məncə, o bu qədər müddətdə davam edən istintaqı ciddi qəbul etmədi, müdafiəsi güclü deyildi. Günahsız olduğunu düşündüyü, həbs olunmağı gözləmədiyi üçün nəticə belə oldu. Təranə həbsdən azad edilib, icbari məsuliyyətə cəlb edilə bilər, ya da əvvəlcədən həbs edilməyə bilərdi. Şou əhli tanındıqları üçün onların həbsi bu qədər ajiotaj yaradır. İnsan alveri ilə adi vətəndaşlar arasında da məşğul olanlar var, onlar barədə cinayət işi açılır, cəzalandırılır. Amma insanlar onları tanımadığı üçün səs-küyə səbəb olmur. Cinayət törətmiş, insanlara zərbə vuran cinayətkarlar cəzasını almalıdır. Təranəyə gəldikdə isə o həbs edilməyə bilərdi. Düşünürəm ki, Apellyasiya Məhkəməsi onun işinə fərqli aspektdən baxacaq və o azad olunacaq. Çünki Təranənin himayəsində azyaşlı uşaq var".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA