sedanews.az
sedanews.az

Tələbəni öldürən “toksik zəhərlənmə” nədir?

5-12-2019, 11:58 725 dəfə baxılıb

Tələbəni öldürən “toksik zəhərlənmə” nədir?

                “Toksik zəhərlənmə” o deməkdir ki, bədənə haradansa zəhər daxil olub. Ancaq konkret şəkildə açıqlanmalıdır ki, toksik zəhərlənmə nədən baş verib. Yəni bu, ilan zəhəri də, başqa texniki zəhər də ola bilər.
Bu sözləri Axar.az-a tibb üzrə professor Adil Qeybulla Bakı Dövlət Universitetinin 3 qız tələbəsinin universitetin yataqxanasında zəhərlənməsi və birinin dünyasını dəyişməsi barədə AQTA sədrinin açıqlamasına münasibət bildirərkən deyib.
A.Qeybulla bildirib ki, əgər tələbələr qidadan zəhərlənməyibsə, onların konkret olaraq nədən zəhərləndiyi aydınlaşdırılmalıdır:
Qidadan zəhərlənmə baş verməyibsə və ölümə səbəb kimi toksik zəhərlənmə göstərilirsə, bu toksik maddənin nə olduğu açıqlanmalıdır. İnanmıram ki, bu, ekspertiza rəyidir. Çünki belə qeyri-müəyyən ekspertiza rəyi olmur.
Ümumiyyətlə, zəhərlənmənin özü toksinin bədənə daxil olmasından sonra baş verir. Toksik zəhərlənmə nədənsə - məlum olmayan hansısa maddədən, hansısa zəhərdən zəhərlənmə deməkdir. Onsuz da zəhərlənmələr toksinlərdən olur. Toksik zəhərlənməyə çox şey daxildir axı. Ona görə dəqiq fikir bildirmək üçün ekspertizanın rəyini gözləmək lazımdır”.
Xatırladaq ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentiyinin sədri Qoşqar Təhməzli BDU yataqxanasında zəhərlənmə hadisəsi ilə bağlı jurnalistlərə açıqlamasında tələbinin ölümünün qidadan deyil, toksik zəhərlənmədən olduğunu bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA