sedanews.az
sedanews.az

Təcili yardımın qadın həkimlərini döyən şəxs tutuldu

13-06-2019, 12:15 937 dəfə baxılıb

Təcili yardımın qadın həkimlərini döyən şəxs tutuldu



                Bərdədə təcili yardımın qadın həkimlərini döyən şəxs saxlanılıb. 
Bu barədə Sedanews.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, iyunun 12-də Bərdə rayon Təcili Tibbi Yardım stansiyasının 2 qadın feldşerinin Təcili Tibbi Yardım avtomobilində 1-ci Qaradəmirçi kəndində yaşayan Laçın rayon sakininin ünvanına çatarkən naməlum şəxsin gecikdiklərini və xəstənin ölməsini deyərək metal parçası ilə avtomobilin şüşələrini sındırması barədə Bərdə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib və hadisəni törətməkdə şübhəli bilinən kənd sakini S.Fətəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA