sedanews.az
sedanews.az

Azərbaycanda qara yara xəstəliyindən ölüm

24-07-2019, 17:11 941 dəfə baxılıb

Azərbaycanda qara yara xəstəliyindən ölüm



 

Azərbaycanda 60 yaşlı kişi qara yara xəstəliyindən ölüb.
Səhiyyə Nazirliyindən daxil olan məlumata görə, Sabirabad Mərkəzi Rayon Xəstəxanasının infeksiya şöbəsinə yüksək hərarətlə 2 nəfər müraciət edib. İlk öncə onlar hərarətlərinin soyuqdəymədən qalxmasını etimal ediblər. 
Müayinə zamanı infeksion şöbənin müdiri Fazil Əliyev xəstələrdə qara yara olmasını ehtimal edib. Bu səbəbdən də alınan nümunələr İmişli Rayon Taun Əleyhinə Stansiyaya göndərilib. Qara yara xəstəliyi diaqnozu təsdiqləndikdən sonra iyulun 25-də xəstələr ağır vəziyyətdə  paytaxta – Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. 
İyulun 29-da xəstələrdən biri – 60 yaşlı kişi dünyasını dəyişib. Həkimlərin bildirdiyinə görə, yara ölənin sağ əlinin baş barmağında olub. Hazırda digər xəstənin müalicəsi davam edir.  
Qeyd edək ki, qara yara xəstəliyi heyvanın emalı zamanı yoluxan infeksiyadır. İnsandan insana keçmir.
Bu xəstəlik ölkə üzrə 2014-cü ildə 10 nəfərdə, 2015-ci ildə 9 nəfərdə, 2016-cı ildə 10 nəfərdə, 2017-ci ildə 6 nəfərdə, 2018-ci ildə 9 nəfərdə, 2019-cu ildə 7 nəfərdə qeydə alınıb. 
Nazirlik qeyd edib ki, indiyə qədər bu xəstəlik Azərbaycanda ölümlə nəticələnməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA