sedanews.az
sedanews.az

Xərçənglə mübarizənin yolu tapıldı

22-08-2019, 11:44 826 dəfə baxılıb


Xərçənglə mübarizənin yolu tapıldı

Bostonda Briqam qadın xəstəxanasının alimləri kimyaterapevtik preparatların təsir etmədiyi xərçəngin müalicə üsulunu tapıblar.
Bu barədə "MedicalXpress"də dərc olunan press-relizdə bildirilir.
Tədqiqatçılar aşkar ediblər ki, şişlərin müalicə olunmamasının qarşısını qlükoza-6-fosfat dehidrogenaz fermentinin yeni inhibitor sinfindən ibarət üç preparatın birləşməsi vasitəsilə almaq olar.
Bu ferment pentozofosfat adlandırılan metabolik yolun tərkibinə daxildir və bir çox vacib biokimyəvi reaksiyaları təmin edən əhəmiyyətli birləşmənin (NADP) yaranmasına cavabdehdir. 
Məlum olub ki, xərçəng şişləri əlavə qlükozanı içinə çəkir və onun oksidləşmə (qlikoliz) prosesini və bədxassəli hüceyrələrin artması üçün enerji istehsalı prosesini aktivləşdirir. Bundan başqa, mitoxondriyalarda oksigenin istehlakı prosesinin gücləndiyi ortaya çıxıb.
Siçanlar üzərində aparılan sınaqların nəticələrinə əsasən, taksan, antrasiklin və qlükoza-6-fosfat dehidrogenaz inhibitorlarının birləşməsi süd vəzisi xərçəngindən əziyyət çəkən gəmiricilərin sağ qalma dərəcəsini artırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA