sedanews.az
sedanews.az

İclas başladı: Elmira Süleymanova istefa verdi?

22-11-2019, 16:24 771 dəfə baxılıb

İclas başladı: Elmira Süleymanova istefa verdi?

                
Milli Məclisin İnsan Hüquqları Komitəsinin Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədliyi irəli sürülən şəxslər barədə iclası bu gün saat 15:00-da başlayacaq.
Bu barədə Axar.az-a açıqlamasında Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü, millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, müzakirələrin konkret hansı istiqamətdə olması məlum deyil:
“Namizədlər barədə konkret hansı məsələlərin müzakirə olunacağı barədə dəqiq məlumat yoxdur. Bizə yalnız bildirilib ki, saat 15:00-da Ombudsman vəzifəsinə namizədliyi irəli sürülən 3 şəxsin namizədliyi müzakirə ediləcək. Sonra isə bu məsələyə Milli Məclisin plenar iclasında baxılacaq”.
Millət vəkili onu da qeyd edib ki, bugünkü müzakirədə hansısa şəxsin namizədliyinin ləğv ediləcəyi gözlənilmir:
“Ümumiyyətlə, bu barədə indidən fikir söyləmək tezdir. Lakin mənə elə gəlir ki, plenar iclasa hər 3 namizəd çıxarılacaq”.
E.Nəsirov Ombudsman Elmira Süleymanovanın istefa ərizəsi yazması ilə bağlı hələlik məlumat olmadığını da qeyd edib:
“Məndə Elmira xanımın istefa ərizəsi yazması ilə bağlı məlumat yoxdur. Heç özü də bununla bağlı mətbuata açıqlama verməyib”, - o bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsini 82 yaşlı Elmira Süleymanova icra edir. E.Süleymanova 2002-ci ildən Ombudsmandır. Onun Ombudsman kimi səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.
Ötən gün Prezident İlham Əliyev tərəfindən Ombudsman vəzifəsinə 3 nəfərin namizədliyini irəli sürülüb. Namizədlər Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevadır.
Ombudsman vəzifəsinə namizədlər Milli Məclisin noyabrın 25-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA