sedanews.az
sedanews.az

ÇARƏSİZ SAKİNLƏR

21-02-2019, 09:38 1 242 dəfə baxılıb

"MOLLA NƏSRƏDDİN XXİ-əsrdə"jurnalına ünvanlanan məktub
             MASAZIR QƏSƏBƏSİNİN ÇARƏSİZ SAKİNLƏRİ

Salam Molla əmi. Biz Masazır  qəsəbəsinin fərdi evlərində yaşayan çarəsiz sakinləyirik. Deyəcəksən çarəsiz niyə?
Molla əmi,  çarəsiz ona görə ki, çarəmiz olsaydı heç  buralara köçməzdik. Çünki bura bir gələn sevinir, bir də burdan qaçıb gedən...
Ay başına dönüm, bir insan neçə problemin fikrini çəkər nələ bu dərd azmış kimi bir yandan da,  525 nömrəli marşrutumuz bərbad vəziyyətdə olması bizim gərgin vəziyyətimizi, bir az da gərginləşdirir. Çünki deyilənlərə görə bu marşrut xətti «özəlləşib». Yəni onun sahibkarı özləri necə istəyir, bu marşrutu da o cür də işlədir. Ən maraqlısı odur ki, Memar Əcəmi -Masazır marşrut xətti ilə hərəkət edən bu başıbəlalı marşrut nədənsə Sumqayıt İcra Hakimiyyətinin nəqliyyat sektoruna aiddir.  Elə bütün bəlalar da ordan başlayır. Nə olar Molla əmi, çətin günün ömrü az olar deyiblər. Bir ağsaqqal kimi sizdən istəyimiz budur ki, bu marşrutu işlədən sahibkarın qulaqlarını bir balaca burasınız. Kaş o, «işbilən»  havadarları və  əzizləri  bizim kimi qəpik-quruşa baxıb bu marşrutdan çox yox gündə iki dəfə istifadə edəydilər. Bax onda bilərdilər bizlər nə çəkirik. Yoxsa toxun, acdan nə xəbəri?!. Nə isə daha ətraflı bu marşrutla  bağlı gələn məktubda qatı açılmayan faktları sənə mütləq əl altdan ötürəcəyik...
   Axşam işdən qayıdan zaman bu marşrutdan suyu süzülmüş halda (çünki avtobusda necür lazımdı preslənirik) düşüb evə gəlirik ki, necə deyəllər ayağımızı uzadıb bir az oxay deyib dincələk ki, yeni macaramız başlayır.
 Bəli ya qaz yoxa çıxır, ya da ki, işıq kəsilir. Bəla burasındadır ki,   sizin o  "plov" məsələniz kimi, qazla işığı bir arada görməyimiz yadamıza gəlmir. Özü də nədənsə bütün bu hadisələr  çox vaxt soyuq aylarda baş verir. Azəriqazın qaynar xəttinə  zəng edirik ki, dərdimizi deyək,  amma bu xətt də artıq qaynarlıqdan çıxıb, klassik musiqi xəttinə çevrilib.  Biz də məcburiyyət qarşısında əsəbi vaxtımızda  operatorun qoşduğu musiqiyə doyunca qulaq asıb, dəstəyi asmalı oluruq. Əlbəttə klassik musiqi gözəldi, amma soyuq evdə bu musiqi kara gəlmir. Ondansa bir oynaq musiqi məsələn «Papaq», «Tərəkəmə» qoyardılar ki, biraz şıdırğı oynayıb istiləşək...
  Xeyli vaxtdan sonra bəxtimiz gətirsə əgər,  dəstəyi qaldırıb cavab verirlər ki, təmir işləri gedir, birazdan qaz veriləcək. Bəli. Birazdan, yəni ən azı 2-3 saatdan sonra yarım saat  da hava üfləyəndən  sonra, yəgin ordakılar düşünür ki, qaz bizə çox ucuz satılır, ardınca qaz gəlir.  Elə bu anlarda işığımız közərir və sönür. Bir çox hallarda  işıq da elə qaz kimi, sakit küləysiz bir havada ya közərib dönür şam işığına, ya da ki, sönür. Təbii ki, qaz olmadığından sakinlər yatağa xəstələnib düşməmək üçün keçir işığ cihazlarına. Yataq demişkən: hərdən bizə elə gəlir ki, istər Qaz İdarəsi, istər də İşıq İdarəsi apteklərlə saziş bağlayıb ki, millət xəstələnib yatağa düşsün və satılan dərmanların faizinin bir qismi onların payına düşsün.  
Bir də belə bir fikir var ki, bizim işıq və qazı yaxınlıqda yerləşən parniklərə satılır. Çünki Masazırın yuxarı hissəsində belə problem yaşanmır. Birdə nəcə  izah etmək olar  ki, ucqar kəndlərdə mavi yanacağla problem olmayan bir zaman,  şəhərdən cəmi 8-10 km aralıda yerləşən qəsəbədə problemlər içində üzür.
  Molla əmi, sənə yazdıq ki, bizə bir çarə qılasan. Səndən xahiş edirik ki, bizim bu yazımızı yuxarılara  isti otaqlarda və isti evlərdə yaşayan məmurlara çatdırasan. Hər kəs işinə məsuliyyətlə yanaşmalıdı, ən azından ona görə ki,  Allah qarşısında və qanun qarşısında hamı eynidi.  
  Böyük səbirsizliklə cavabınızı gözləyirik. Cavab deyildikdə  normal yaşayış üçün gur işıq və gur qazımızı.  
   
Hörmətlə: Heydər Əliyev küçəsi dalan-1 də yaşayan çarəsiz sakinlər
                 Adından qələmə aldı Arzu Kəskin
                 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA