sedanews.az
sedanews.az

NÖVBƏTİ NOTARİAT KONTORUNUN SAXTAKARLIĞI

14-03-2019, 12:56 1 919 dəfə baxılıb

<img src="https://imgs.su/upload/193/2889539837.jpg">

NÖVBƏTİ NOTARİAT KONTORUNUN SAXTAKARLIĞI

  Bakı şəhər sakini Qədirova Natavan Əlikram qızı  şikayətlə bağlı   11.03.2019 tarixində  redaksiyamıza gələrək müraciət etdi. O, yazılı surətdə, Nərimanov rayonu 9 saylı Notarial kontorunun notariusu Sadıqov  Rəşadət  Zülfüq oğlunun ona qarşı edilən qeyri qanuni hərəkəti haqqında məlumatı ərizə formasında  bizə təqdim etdi. 

Belə ki, şikayətçinin qardaşı Qədirov Nizami 9 ay ağır xəstə olub. Son vaxtlar vəziyyətinin ged-gedə pisləşməsini, ailəli olmamasını, bacısı Qədirova Natavanın ən ağır məqamlarında qardaşına maddi-mənəvi dayaq olmasını nəzərə alaraq Nizami Qədirov 13.03 .2017-ci tarixində Natavan xanımın həyat yoldaşına  etibarnamə və daha sonra, 31.03.2017-ci il tarixində Natavan Qədirovanın kürəkəninin adına notarius Rəşadət Sadıqovun və  şahidlərin iştirakı ilə  vəsiyyətnamə vermişdir.

   Bir müddətdən sonra Qədirov Nizaminin vəziyyəti  qəfldən pisləşir, əməliyyat  олунур  və o görmə qabiliyyətini təmamilə itirir. Bundan istifadə edən Qədirov Nizaminin ikinci bacısı Nüşabə Hüseynova həkimlərin etirazına baxmayaraq tanış həkim  tapıb Nizami Qədirovu xəstəxanaya yerləşdirir. Və bundan istifadə edərək Hüşabənin həyat yoldaşı Hüseynov Məhərrəm Əsəd oğlu tərəfindən xəstəxanaya həmən notarius dəvət olunur, lakin onun yerinə işcisi Nəsirov Seymur Qulamhüseyn oğlu gəlir. Və o,  əvvəlki sənədləri və vəsiyyətnaməni ləğv etdir. Beləliklə iki gözü kor olan  Qədirov Nizaminin bu vəziyyətindən yararlanaraq şahidsiz-sübutsuz, hətta həkimin iştirakı olmadan  belə, qabaqcadan hazırlanmış blanka ağır xəstəyə imza atdırır. Bu hadisə  Natavan Qədirovadan bir müddət   gizli saxlanılır. 24.06.2017 –ci ildə Nizami Qədirov bacısı Natəvana zəng vuraraq aldandığını bildirib. Belə ki, ona imza atdıraraq bildiriblər ki, səni müalicəyə Türkiyəyə aparırıq. Bu barədə sübut kimi Natavan Qədirovanın səs yazması da var. Həmən səs yazmada qardaşı açıq-aydın bildirir ki, onu aldadaraq imza atdırıblar  və o, indi həmən sənədləri yenidən ləğv etmək istəyir. Bu hadisədən sonra  Natəvan xanım qardaşı Nizaminin xahişi ilə yenidən notariusu evə dəvət etmək istəyir. Lakin notarius Rəşadət Sadıqov bildirir ki, bu oyun-oyuncaq deyil və evə gəlməkdən imtina edir. Bunu görən Natəvan xanım ASAN xidmətə zenglə müraciət edir ki, evə notarius göndərsinlər. Lakin ASAN xidmətdən notariat kontorunun nümayəndəsi gəlmək məqamında  Qədirov Nizami rəhmətə gedir.   

   Bakı şəhəri 9 saylı Notariat Kontorunun xüsusi notariusu Rəşadət Sadıqovun qanun pozuntusu ilə əlaqədar Qədirova Nətavan və onun kürəkəni Bakı ş. Nərimanov rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etsə də, birinci instansiya  məhkəməsi bütün dəlillərə və sübutlara baxmayaraq, iddianı təmin etmir.  Və ardıcıl  olaraq  o biri instansiya məhkəmələrİ də eyni qaydada ilkin qətnaməni quvvədə saxlayırlar. Bununla da Qədirova Natəvan Əlikram qızının və onun ailə üzvlərinin hüquqları acımasız dərəcədə pozulur. Hal-hazırda bununla bağlı iş Konstitusiya Məhkəməsinə göndərilib.. 

Qədirova Natavan  bunla bağl dəfələrlə AR Prezidenti İlham Əliyev cənablarına, Birinci vitse-prezident Xanım Mehriban Əliyevaya, Ədliyyə naziri cənab Fikrət Məmmədova məktub ünvanlasa da  bu məktublar heç bir nəticə vermir.

 Ümüd varıq ki, adiyyatı orqanlar bu haqsızlığa biganə qalmayacaq və Q.Natavan xanımın tezliklə huquqları bərpa olunacaq!







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA